Bir il əvvəl itkin düşən tanınmış model Eloiza Pinto Fontes, Rio-de-Janeyro gecəqondularında sərgərdan və yaddaşını itirmiş halda tapılıb.
“Daily Mail”in məlumatına görə, o, bura necə gəldiyini izah edə bilməyib.
Onun üzərindəki çantada sənədləri, o cümlədən beynəlxalq model agentlikləri ilə müqavilələri və əməkdaşlıq etdiyi fotoqrafların məlumatları olub.
Vaxtı ilə şəkilləri “Elle”, “Grazia”, “Glamour” kimi məşhur jurnalların üz qabığında çıxan tanınmış braziliyalı model psixiatrik xəstəxanaya yerləşdirilib. Həkimlər ona kömək etməyə çalışırlar.