Diplomatik korpusların və beynəlxalq təşkilatların nümayəndələri Gəncə və Mingəçevirə gedəcək
Azərbaycan Xarici İşlər Nazirliyi ilə diplomatik korpusların, səfirlərin, nümayəndə heyətlərinin rəhbərləri, hərbi attaşelər, beynəlxalq təşkilat rəhbərləri Gəncəyə və Mingəçevirə gedəcəklər.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.
Onlar Ermənistanın günahsız mülki insanlara və vacib enerji infrastrukturuna raket hücumları törədilən cinayət səhnələri ilə tanış olacaqlar.
“Gəncə üçün susma!”, - deyə o qeyd edib.
Xəbər lenti
Əfv Komissiyasının növbəti iclası keçirilib
İclasda 100-dən artıq müraciətə baxılıb...