Ermənistan ordusunun ən çox atəşə tutduğu kəndlərdən ikisi Ağcabədinin Qiyaməddinli və Hacılar kəndləridir.
Versus.Az Baku TV-yə istinadən xəbər verir ki, indiyədək Qiyaməddinli kəndində 12 ev dağılaraq yararsız hala düşüb, 21 evə isə ziyan dəyib. Xeyli iribuynuzlu və xırdabuynuzlu heyvan tələf olub.
Humanitar atəşkəs imzalandıqdan sonra da bu kəndlər atəşə tutulub.