“Düşmənin mülki əhalimizə təhlükə yaradan hərbi hədəflərini neytrallaşdırdıq”

16:37 14-10-2020 | icon 413 | Müharibə
“Düşmənin mülki əhalimizə təhlükə yaradan hərbi hədəflərini neytrallaşdırdıq”

“Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı raketlər, “Smerç”dən istifadə edir”.

 

Versus.Az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev cəbhədə baş verən hadisələrlə bağlı brifinqdə çıxışı zamanı bildirib.

 

Onun sözlərinə görə, hazırda Ermənistan atəşkəsi kobud şəkildə pozur:

 

“Bununla Ermənistan münaqişəni daha da artırır. Hazırda münaqişə öz ərazisindən kənara çıxır. Çünki Ermənistan münaqişə zonasından kənarda yerləşən əraziləri atəşə tutur. Eyni zamanda, onlar Ermənistan ərazisindən də Azərbaycanın şəhərlərini atəşə tuturlar”.

 

H.Hacıyev qeyd edib ki, Azərbaycan mülki əhalisinin təhlükəsizliyini təmin edir:

 

“Bu addım beynəlxalq qanunlara uyğundur. Bildiyiniz kimi, beynəlxalq qanunlara əsasən, təhlükəsizliyi təmin etmək üçün hərbi hədəfləri vurmaq hüququna malikik.

Biz bundan əvvəl gördük ki, Ermənistan mülki əhalisini hədəf alır, xeyli sayda mülki əhali həlak olur. Bu hadisənin təkrarlanmaması üçün Azərbaycan təhlükə yaradan hərbi hədəfləri neytrallaşdırıb”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür