“İnşallah böyük qələbəmizin sevincini yaşayaq”

16:30 20-10-2020 | icon 1032 | Siyasət
“İnşallah böyük qələbəmizin sevincini yaşayaq”

Könül İsmayılova: “Bu qədər həsrətlinin həsrətinə son qoyulan tarix yaşayırıq”

 

“Bu gün hər bir azərbaycanlının ürəyi Qarabağımızda döyünür. Uşaqdan qocaya hər kəs gözlətini televiziyaya dikib daha bir rayonumuzun, kəndimizin işğaldan azad edilməsi xəbərini gözləyir. Cənab Ali Baş Komandanın böyük fəxrlə xalqa çatdırdığı xoş xəbərlərin yaratdığı sevinc bu gün hər bir azərbaycanlının evində yaşanır. Prezident bu gün də zəngilanlıların yanğılı ürəyinə sərin su səpdi”.

 

Bunu ölkə başçısının bu gün Zəngilanın işğaldan azad edilməsi ilə bağlı verdiyi şad xəbərlə bağlı təəssüratlarını Versus.Az-la bölüşən Müasir Müsavat Partiyasının (MMP) sədr müavini Könül İsmayılova bildirib.

 

Xanım siyasətçi Prezidentin azad edilmiş ərazilərimizin adını hər dəfə elan edərkən sevincindən göz yaşı axıtdığını gizlətmədi:

 

“Bu elə göz yaşıdır ki, ondan utanmaq olmur. Bu gün bütün Azərbaycan sanki ayaqdadır. Mən əslən Laçındanam. Torpaqlarımız azad edildikcə addım-addım vətənimə çatdığımı hiss edirəm. Evdə də anamla göz yaşlarımızı bir-birinə qatırıq. Hələ mən beləyəmsə görün ömrü o torpaqlarda keçən insanlarımız hansı hissləri yaşayırlar. Partiyamızın üzvlərindən Füzulidən, Cəbrayıldan, Xocavənddən, Zəngilandan və bu rayonların kəndlərindən olan insanlar var. Onlarla birgə bu sevinci yaşamaq necə də xoşdur. Başda partiyamızın sədri Hafiz Hacıyev olmaqla, ölkəmizin başçısına minnətdarlıq hissimiz böyükdür. Bu qədər həsrətlinin həsrətinə son qoyulan tarix yaşayırıq”.

 

Könül İsmayılova qeyd etdi ki, cənab Prezident də artıq bilir ki, xalq ondan az qala hər saat şad xəbər gözləyir:

 

“Bunu Prezident xalqa müraciətində də dedi ki, bilirəm, hər gün xoş xəbər gözləyirsiniz məndən, amma səbrli olaq. Həqiqətən də səbirli və ehtiyatlı olmalıyıq. Çünki mənfur düşmən hər an təxribat etmək üçün fürsət gözləyir. Bizim də üzərimizə düşən məsuliyyət informasiyaları yayarkən ehtiyatlı davranmağımızdır. Gəlin cəbhədən yaxınlarımızdan aldığımız xəbərləri rəsmiləşdirilməmiş yaymayaq. Bu barədə bizim partiyada, rayon təşkilatlarımızda işlər görülür, əhali arasında təbliğat aparırıq. Yəni hazırda mövcud vəziyyətlə bağlı siyasi fəaliyyətimiz cənab Prezidentin, Ali Baş Komandanın yanında olmaq, bu vətən müharibəsində öhdəmizə düşənləri yerinə yetirməkdir. Biz MMP olaraq hər zaman ölkə başçısının siyasi kursunu dəstəkləmişik. Bu gün dəstəyimiz daha da artıb.

Mən öz adımdan və bütün MMP-çilər adından üzərindən qaçqınlıq adı götürülən bütün partiya üzvlərimizi, xalqımızı təbrik edirəm. İnşallah böyük qələbəmizin sevincini yaşayaq.

Ali Baş Komandanımıza minnətdarıq. Yaşasın Azərbaycan əsgəri. Var olsun Azərbaycan! Qarabağ Azərbaycandır!”

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür