Niderlandın Xərçəng İnstitutunun alimləri insan başının içərisində elmə məlum olmayan və tüpürcək vəzilərinə bənzəyən iki orqan aşkarlayıb.
Lenta.ru-nun məlumatına görə, bununla bağlı tədqiqat “Radiotherapy and Oncology” jurnalında dərc edilib.
Yeni orqanlar həkimlər tərəfindən təsadüfən - prostat xərçəngi olan xəstəni skanerlə müayinə edərkən aşkarlanıb.
“Tədqiqatda vurğulanan iki orqan tüpürcək vəzlərinin bütün xüsusiyyətlərinə sahibdir”, - deyə araşdırmanın aparıcı müəllifi, ağız boşluğu cərrahı Matteys Valstar deyib. Onun sözlərinə görə, bu orqana “boru vəzilər” adı verilib.
Niderland Xərçəng İnstitutundan olan rentgenoloq-onkoloq Vauter Vogel kəşf barədə danışıb.
“İnsanın üç dəst tüpürcək vəzisi var, amma bu yerdə deyil. Tüpürcək vəzləri mikroskopik ölçüdə kiçikdir. Onlardan təxminən mini selikli qişa üzərində bərabər paylanıb. Buna görə də bunu aşkarladığımızda təəccübümüzü təsəvvür edin!”- deyə mütəxəssis şərh edib.
Tədqiqat haqqında hesabatda bildirilir ki, “boru vəziləri” əvvəllər heç bir mənbədə təsvir olunmayıb.