Zahid Oruc prezidentliyə namizəd olacaq

16:27 12-02-2018 | icon 528 | Siyasət
Zahid Oruc prezidentliyə namizəd olacaq

Versus.Az xəbər verir ki, Z.Oruc prezidentliyə namizəd olacağı ilə bağlı Azərbaycan vətəndaşlarına müraciət edib. Z.Oruc müraciətində qeyd edib ki, partiya mənsubiyyətinə malik deyil, lakin Azərbaycan parlamentində böyük fəaliyyət təcrübəsi qazanıb, sadə, əliqabarlı ailənin övladı kimi zəhmətkeş insanların, ölkənin maddi sərvətlərini yaradan çoxluğun təmsilçisidir:

“Hakimiyyətə qarşı fərqli ideya-siyasi düşərgədə olduğunu deyənlərdən kənarda milyonla insan heç bir partiyalı vəsiqə daşımır. Elə isə onların birgə səsinə çevrilə bilərik. Ona görə biz heç bir inqilabi yola, düşmənçilik və qisasçılıq yayan baxışlara, müharibəni hakimiyyət dəyişikliyi üçün arzulayan kəsimlərin niyyətlərinə meydan aça bilmərik. Yaxud, xarici müdaxilə vasitəsilə ölkənin taleyini müəyyənləşdirməyə və siyasi münasibətləri aydınlaşdırmağa çalışanlarla bir yerdə olmaq da çətindir. Beləliklə, ötən 27 ildə mətinləşən və böyük siyasi yetkinlik məktəbi keçən xalqımızın ləyaqətli övladlarına güvənərək, bir qrup işıqlı insanı vahid platformada birləşdirmək və onların qiymətli təklif və ideyalarını səfərbər etmək naminə şəxsi təşəbbüsümüzlə prezident seçkilərinə qatılmaq üçün öz namizədliyimizlə çıxış etməyi qərara alırıq. Biz yüzlərlə insanın məsləkdaşımıza çevriləcəyini inanırıq və ümid edirik ki, rəsmi bəyanatımızdan sonra yaradılacaq təşəbbüs qrupuna qoşulan bacı və qardaşlarımızın sayı artacaq”.

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür