Voleybolçudan Ordumuza dəstək - VİDEO

10:03 27-10-2020 | icon 407 | İdman
Voleybolçudan Ordumuza dəstək - VİDEO

Azərbaycan millisinin sabiq voleybolçusu Yelena Parxomenko Ordumuza dəstəklə bağlı sosial şəbəkədə video-müraciət paylaşıb. 

 

O, atasının ukraynalı, anasının isə rusiyalı olmasına baxmayaraq, özünü azərbaycanlı hesab etdiyini deyib:

 

“Mən Bakıda doğulmuşam, atam ukraynalı, anam rusiyalıdır. Azərbaycan mənim vətənimdir. Çoxları elə hesab edə bilər ki, mən ukraynalıyam. Xeyr. Mən bütün ruhumla Azərbaycanı dəstəkləyirəm. Bura mənim ölkəmdir. Özümü azərbaycanlı hesab edirəm. 

 

Mən voleybolçu karyerama Bakıda başlamışam. 1996-cı ildən karyeramı başa vurana qədər beynəlxalq arenada Azərbaycan millisini təmsil etməyə başlamışam. “Azerreyl”, “Lokomativ” və “Azəryol” klubunda çıxış etmişəm. 

 

Xristian kimi sizi əmin edə bilərəm ki, Azərbaycanda heç vaxt dini ayrı-seçkilik olmayıb. Siz bu gün Azərbaycanda məscid, kilsə və sinaqoqları rahatlıqla ziyarət edə bilərsiniz. Burada katolik və provaslav kilsəsi var. Azərbaycan qanunvericiliyində maddə var ki, orada aydın şəkildə yazılıb: din dövlətdən ayrıdır. Bizim tolerant və dünyəvi dövlətimiz var. 

 

Vətənimizi qoruyan hər bir əsgər bilməlidir ki, biz burada onlara inanırıq, onlardan qələbə gözləyirik və biz həmişə onlarlayıq. Qarabağ Azərbaycandır!”

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür