Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonunun kasetli raketlərlə atəşə tutulması nəticəsində Qarayusifli kəndinin sakinlərindən biri azyaşlı olmaqla 4 nəfər həlak olub, 12 nəfər yaralanıb.
Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkimi Zaur Əliyev AZƏRTAC-a bildirib ki, xəstəxanaya gətirilən 12 yaralıdan dördü də azyaşlıdır:
“Yaralılardan biri kəllə-beyin travması ilə neyrocərrahiyə şöbəsinə göndərilib. Digər xəstələr əməliyyat edilib. Hazırda vəziyyətləri orta ağırdır”.
Raketin partlaması nəticəsində qəlpə yarası alan Zərqələm Alıyeva deyib:
“Həyətdə idik. Qəfildən partlayış səsi eşitdik. Sanki hər tərəf partlayırdı. Yerə uzandıq. Qalxanda gördüm sol budumdan yaralanmışam Xəstəxanaya gətirdilər. Əməliyyat olqəlpəni çıxardılar”.
Qarayusifli kəndinə raket atılması nəticəsində həlak olan 7 yaşlı Aysu İsgəndərovanın 3 yaşlı bacısı Tahirə İsgəndərova da yaralanıb. Balaca Tahirə əməliyyat olunub, baldırındakı qəlpə çıxarılıb.