“Dua edək ki, danışıqlara ən böyük töhfəni bu gecə Azərbaycan Ordusu verəcək”

18:46 30-10-2020 | icon 321 | Siyasət
“Dua edək ki, danışıqlara ən böyük töhfəni bu gecə Azərbaycan Ordusu verəcək”

Elxan Şükürlü: “Paşinyanın danışıqlardan yayınması arxasında duran Qərbdəki lobbinin bütün hesabı Co Baydenin qələbəsinə hesablanıb”

 

“Rusiya prezidenti Vladimir Putinin 30 oktyabra təxirə salınmış Cenevrə görüşü öncəsi Qarabağla bağlı "5+2" variantını yenidən gündəliyə gətirməsi Paşinyan hökumətinə vurulmuş növbəti diplomatik şapalaq sayıla bilər”.

 

Versus.az xəbər verir ki, bu barədə Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü Putinin son açıqlamasını şərh edərkən bildirib:

 

“Aşkar görünür ki, Rusiya da tələsir və 3 noyabradək - ABŞ-dakı seçkilər başa çatanadək - Paşinyan hökumətinin danışıqlar masası arxasına keçməsində, hansısa öhdəliklərə imza atmasında maraqlıdır. Paşinyan isə nəyin bahasına olursa-olsun, daha bir neçə gün müqavimət göstərməyə və 3 noyabradək hər hansı razılaşma əldə edilməsindən yayınmağa çalışır”.

 

E.Şükürlü bildirib ki, Paşinyanın danışıqlardan yayınması arxasında duran Qərbdəki lobbinin bütün hesabı Co Baydenin qələbəsinə hesablanıb. Çünki Baydenin seçilməsi Rusiyaya qarşı sərt siyasətin yürüdülməsi demək olacaq və Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması üçün Qarabağ münaqişəsindən də istifadə edilməsi variantı gündəmdə olacaq:

 

“Bu variantda yeni ABŞ administrasiyası açıq şəkildə antirus Paşinyan hökumətini müdafiə edəcək... Trampın yenidən seçilməsi variantında isə bölgədə Rusiya və Türkiyə əməkdaşlığına üstünlük veriləcək ki, bu variantda da İndi Paşinyan hökuməti qeyri-real təkliflərlə ya bugünkü - 30 oktyabr görüşünü növbəti dəfə pozmalı, daha 3 gün müqavimət göstərməli və bu müddət ərzində də erməni əsgərlərinin Azərbaycan Ordusunun tapdağı altında necə əzildiyini seyr etməli, ya da Cenevrədə Trampın mövqeyini gücləndirəcək həll planına dəstək verdiyini göstərməlidir...

Hər iki variantda isə Paşinyan üçün seçilən yol aydın görünür: o, Ermənistanın hərbi və diplomatik masada əldə etdiyi 30 illik üstünlüyü məğlubiyyətə çevirmiş axmaq və satqın lider kimi hakimiyyətdən devriləcək, hətta Rusiyaya bağlı qüvvələr tərəfindən öldürülmə ehtimalı da var!

Elə Paşinyan özü də bu aqibətin onu gözlədiyini bildiyindən, özünü sonadək mübarizə aparan lider kimi təqdim etməyə və yaxınlaşan məğlubiyyəti Ermənistan əhalisinin artıq qırılmış savaş əzminə bağlamağa çalışır...

Bu gün qondarma "DQR"-in separatçı lideri Araik Arutyunyanın çarəsizcə "Düşmən Şuşanın 5 kilometrliyindədir" çağırışını da əslində Paşinyan komandasının bu yöndəki son çırpıntıları saymaq olar. Yəni, "ya kömək edin, ya təslim oluruq". Dua edək ki, inşaallah danışıqlara ən böyük töhfəni, bu gecə Azərbaycan Ordusu verəcək!

Allah Ordumuza tezliklə Şuşaya qələbə bayrağımızı sancmağı nəsib eləsin!”

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür