“Şuşanın bu müharibədə əhəmiyyəti həm də ondan ibarətdir ki...”

16:47 10-11-2020 | icon 1022 | Müharibə
“Şuşanın bu müharibədə əhəmiyyəti həm də ondan ibarətdir ki...”

Üzeyir Cəfərov: “Bu, böyük bir tarixi qələbədir, Ermənistan məğlub olduğunu etiraf etdi”

 

“Azərbaycan ordusunun Şuşa üzərində rəşadətli qələbəsi Ermənistanın öz məğlubiyyətini etiraf etməsi üçün əsas şərt oldu. Ordumuzun gücü bu gün Ermənistanı kapitulyasiyaya məcbur edir. Eyni zamanda Azərbaycan bundan sonra da öz qəti sözünü deyəcək”.

 

Versus.Az xəbər verir ki, bunu hərbi ekspert Üzeyir Cəfərov Şuşa qalasının işğaldan azad olunmasında ordunun əhəmiyyətinin nədən ibarət olması və 10 noyabrın bəyanatı ilə bağlı açıqlamasında bildirib.

 

Ü.Cəfərov deyib ki, müharibə ilə işğaldan azad olunan bütün torpaqlar hər birimiz üçün əzizdir. Amma Şuşa şəhərinin əhəmiyyəti bütün yaşayış məntəqələrindən fərqlidir:

 

“Şuşa bizim üçün tamam başqa bir məna kəsb edir. Ona görə ki, Şuşa Qarabağın döyünən ürəyi, mədəniyyət beşiyidir. Şuşa bu müharibədə də bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Şuşadan sonra müharibə qələbə ilə bitdi. Şuşa Azərbaycanın qəhrəman oğulları tərəfindən düşmən caynağından xilas edilməklə, tamamilə deqradasiya, demorolizə olunmuş bir vəziyyətə düşdü.  Qəhrəman oğullarımız o alınmaz qalanı aldılarsa, bundan sonrakı mərhələlərdə proses daha sürətlə gedəcək”.

 

Ü.Cəfərli bildirib ki, bu dəfə hərbi komandanlığımızın seçdiyi taktika özünü doğruldur. Ona görə doğruldur ki, sentyabrın 27-dən başladığımız əks həmlələr erməniləri elə bir küncə saldı ki, onun final nöqtəsi noyabrın 8-də, daha sonra noyabrın 10-da imzalanan Ermənistanı məğlubiyyətə məcbur edən bəyanatla bitdi:

 

“İgid oğullarımız  Şuşada 800-ə yaxın ermənini cəhənnəmə vasil ediblər. Orda nə dron işlənib, nə tank, nə top. Orda Azərbaycan oğullarının qeyrəti, mərdliyi öz sözünü dedi. Biz o ərazini yaramazlardan təmizlədik. Şuşanın bu müharibədə əhəmiyyəti həm də ondan ibarətdir ki, biz demək olar ki, qarşımza qoyduğumuz məqsədə 99 faiz çatdıq. Qalan 1 faiz Xankəndinin, Kəlbəcərin, Laçının və digər yaşayış məntəqələrimizin azad olunmasına yönəldi. Çox şükürlər olsun ki, Azərbaycan ordusu bu döyüşlərdə ortaya konkret mövqe qoydu. Bu da ondan ibarət oldu ki, Azərbaycan ordusu 28 il 6 aydan sonra Şuşamızı geri qaytardı və Ermənistan məğlub olduğunu etiraf etdi. Bu, böyük bir tarixi qələbədir. Biz hələ bunun əhəmiyyətini dərindən dərk eləmirik. Bir müddətdən sonra torpaqların azad olunması tarixi incələnəndən sonra bəzi məsələləri dərindən biləcəyik”.

 

Ü.Cəfərov eyni zamanda bildirib ki, Şuşa bizim üçün gələcəkdə bütöv Qarabağın inkişafı nöqteyi- nəzərindən çox böyük rol oynayacaq:

 

“Saymaqla bitən deyil. Tezliklə Şuşa müharibənin bitməsinə şahidlik edəcək. Bu isə tez bir zamanda işğal altında olan ərazilərimizin Azərbaycanın qanuni nəzarətinə keçməsi anlamına gəlir. Şuşa qələbəsindən sonra, Laçında da 99 faiz qələbə təmin olunmuşdu. Ermənilər Azərbaycan ordusunun qarşısında tab gətirməyərək, əllərində nə varsa qoyub qaçırdılar. Ermənistan qoşunları mühasirə şəraitində idi. Yollar bağlanıb, silah-sursat, ərzaq gəlmirdi. Erməni əsgərləri ən yaxşı halda gülləni başlarına çaxmaq dərəcəsinə çatmışdılar. Çünki erməni hərbçiləri çox ağır durumda idilər. Azərbaycan əsgəri düşməni tamamilə zərərsizləşdirmişdi. Məğlub ordunun rəhbəri məğlubiyyətini etiraf etdi. Atıq strateji üstünlük Azərbaycandadır. Biz ərazi bütövlüyümüzü tam bərpa etdik. Heç nədən narahat olmağa dəyməz”. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür