COVID-19-un saç tökülməsinə TƏSİRLƏRİ

08:27 18-11-2020 | icon 444 | Sağlamlıq
COVID-19-un saç tökülməsinə TƏSİRLƏRİ

Koronavirus baş dərisində və üzdə tüklərin tökülməsinə səbəb ola bilər.

 

Həkim-trixoloq Georgi Abramov “Sputnik”ə verdiyi müsahibədə bunun niyə baş verdiyini və bu problemin öhdəsindən gəlməyin yollarını göstərib.

 

Mütəxəssis qeyd edib ki, koronavirusun insan orqanizminə təsiri hələ tam öyrənilməyib və çox güman ki, o, birbaşa olmasa da, dolayı yolla saç tökülməsinə gətirib çıxara bilər.

 

“Bu gün keçəlliyin tamamilə otoimmun bir proses olduğu, yəni immunitet sisteminin insanın saçlarına hücum etdiyi 100% sübut edilib. Çox vaxt bu proses stresdən qaynaqlanır. Stresdən danışarkən, işdə rəhbərliklə yaşadığımız problemi stress adlandırmaq doğru deyil. Bu, adi və normal həyatdır. Stressin çərçivələri çox genişdir. Təəssüf ki, pandemiya bəzi insanlara çox mənfi təsir edir”, - deyə həkim bildirib.

 

Eyni zamanda G.Abramov söyləyib ki, vaxtında həkimə müraciət olunsa, koronavirus səbəbindən saç tökülməsini dayandırmaq mümkündür.

 

“İmmunitet qalxanabənzər vəziyə, oynaqlarımıza, saçlarımıza və bir çox orqanımıza hücum edir. Saç tökülməsinin narahatedici olmadığını demək, mahiyyətdən bixəbər olmaqdır. Bu məqam həyəcana səbəb olmalıdır. Əgər kişinin üzündə və başında tükləri tökülürsə, yalnız dermatoloq və trixoloqa deyil, həm də immunoloqa müraciət etmək lazımdır”, - deyə G.Abramov qeyd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili