Qarabağda keçiriləcək turlar üzrə ilk bələdçilər artıq hazırdır

11:25 24-11-2020 | icon 422 | İqtisadiyyat
Qarabağda keçiriləcək turlar üzrə ilk bələdçilər artıq hazırdır

“Dağlıq Qarabağda həyata keçiriləcək turların peşəkar səviyyədə təşkil edilməsi üçün Qarabağ üzrə ilk bələdçilər hazırlanır. Artıq, ilk 25 nəfər üçün təlimlər keçməyə başlamışıq”.

 

Bu sözləri Versus.Az-a açıqlamasında Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə deyib.

 

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı böyük bərpa və inkişaf prosesinin tərkib hissəsi olacaq:

 

“Turizmin bu ərazilərdə inkişaf etdirilməsi bir neçə qabaqlayıcı tədbirlərdən asılıdır: Təhlükəsizliyin təmin edilməsi, əhalinin qayıdışı, yaşayışın bərpası və infrastrukturun qurulması, bütün bunlara paralel olaraq turizm məhsulları yaradılaraq həm daxili, həm də xarici turistlərə təqdim ediləcək. İlk növbədə daxili turizm, bununla yanaşı ziyarət turizmi də inkişaf etdiriləcək. Müvafiq infrastruktur qurulduqdan və turizm məhsulları hazırlandıqdan sonra artıq istirahət turizmindən də danışmaq olar.

 

Azərbaycan vətəndaşları ilə yanaşı xaricilər üçün də yeni destinasiya istiqaməti sayılan Qarabağ turistləri cəlb edəcək. Bu prosesə artıq start verilib. Qarabağın təqdimatı beynəlxalq platformalarda aparılır və artıq bu destinasiyaya maraq çox böyükdür.

 

Bu torpaqlar turistlər üçün faktiki olaraq 30 il qapalı qalıb. Ermənilər ərazilərimizdə özlərinin qeyri-qanuni marşrutlarını quraraq, beynəlxalq aktları pozaraq turistləri cəlb etmək istəyirdilər və müəyyən dərəcədə bunu bacarırdılar.

 

Ümumdünya Turizm Təşkilatının xüsusi qərarına əsasən münaqişə zonaları, işğal altında olan torpaqlarla bağlı təbliğat aparmaq qadağandır. Biz də bütün beynəlxalq platformalardan bunun qarşısını alırdıq”.

 

Sektor müdiri əlavə edib ki, müəyyən qabaqlayıcı tədbirlər görüləndən sonra həm daxili, həm də xarici turistlər bu ərazilərə səfər edə bilərlər:

 

“Ərazilərimizə maraq isə çox böyükdür. Həmin torpaqların turizm potensialı çox zəngindir. Biz artıq ümumi Qarabağ regionunun potensialını araşdırır və dəyərləndirmələr aparırıq. Sadaladığımız komponentlər təmin edildikdən sonra, yerində araşdırılma aparılmalıdır. Biz həmin əraziləri tam öyrəndikdən sonra müvafiq olaraq hansısa planlar qura bilərik.

Artıq Qarabağ üzrə bələdçilər hazırlamağa başlamışıq. Dağlıq Qarabağda həyata keçiriləcək turların peşəkar səviyyədə təşkil edilməsi üçün Qarabağ üzrə ilk bələdçilər hazırlanır. Artıq, ilk 25 nəfər üçün təlimlər keçməyə başlamışıq. Azərbaycanda fəaliyyət göstərən bələdçilərin çoxu 20-40 yaş arasındadır ki, onlar Qarabağı görübsə də artıq nələrisə unudublar və ya heç buralara bələd deyillər. Qarabağı tanıyan şəxslər hekayələri bərpa edərək bu torpaqları gələcəkdə tanıdacaq bələdçilər üçün indi seminar və vebinarlar keçirilir. Bilirik ki, turizm qonaqpərvərliyin peşəkarlığı deməkdir. Artıq peşəkar səviyyədə qonaqpərvərliyimizi nümayiş etdirmək üçün bələdçilərimiz hazırdır”.

 

K.Quluzadə qeyd edib ki, Turizm Agentliyi tərəfindən tanıtım çarxları hazırlanır və artıq ilk tanıtım çarxları Qubadlı, Zəngilan haqqında nümayiş olunub, növbəti dövrdə isə Şuşa, daha sonra Kəlbəcər, Ağdam və s. işğaldan azad edilmiş regionlarda gəzməli-görməli yerlər haqqında tanıtım çarxları hazırlanacaq:

 

“Qarabağın mədəniyyəti, irsi, təbiəti imkan verir ki, bu əraziləri çox uğurlu bir destinasiyaya çevirərək ilk növbədə daxili turistlərə, daha sonra isə xarici turistlərə və bütün dünyaya Qarabağımızı daha yaxından tanıdaq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür