DAĞ ŞƏLALƏSİ

21:27 24-11-2020 | icon 791 | Ədəbiyyat
DAĞ ŞƏLALƏSİ

Hər bir şairin son ünvanı rəhmətlər adasıdır...

 

“Ömür əbədi yuxudan öncə kiçik bir gəzintidir...”
/L.N.Tolstoy/
 
 

Payızın oğlan çağında, gecə saat birdə əlinə qələm alıb bir şair eloğlun haqqında ürək sözlərini yazmaqdan gözəl nə ola bilər ki? Şair! Bu dörd hərfdən ibarət sözün məsuliyyətinin fərqinə varmayıb, bu sözü öz adıyla yanaşı eşitmək istəyən çox şeir yazanları görmüşük. Amma əlahəzrət Zamanın sınaqlarından o tərəfə keçə bilmədiklərindən şeir kitablarından başqa təsəlli yerləri qalmayıb. Şeir qəlibindən yetərincə istifadə etsələr də şeirin müqəddəsliyindən pay ala bilməyiblər. Şairlik nə peşə, nə də ki sənət deyil. Şair olmaqçın anadan şair doğulmalısan. Əbəs yerə Qurani Kərimin ən böyük surələrindən biri “Şairlər” surəsi adlanmır axı. Şairlik bəlkə də İlahinin ən çox sevdiyi bəndələrinə bəxş etdiyi bir ənamdır. Elə bir ənam ki, kimə nəsib olarsa hər iki dünyanın gözəlliklərini tərənnüm etmək xoşbəxtliyini yaşaya bilir. Şair həm də carçı, haqdan xəbər verən bir haqq yolçusudur və hər bir şairin son ünvanı rəhmətlər adasıdır...

 
Ömrünün qızmar yay fəslini yaşayıb, payızına doğru addımlayan, Yardımlının “yalçın qayalarını daş-daş əmib” daşdan da sərt addımlarla çağdaş poeziyamızda özünəməxsus cığır açan Sakit İlkin! Şairliyinə zərrəcə şübhə etmədiyim şair eloğlum. Harada oluramsa, poeziyadan söhbət düşəndə sənin adını iftixarla çəkir, səni Yardımlının ən parlaq istedadlı şair övladlarından biri kimi nümunə göstərirəm. Amma çox heyfsilənirəm ki, dağ şəlaləsitək sal daşları yarıb keçən istedadından hələ də çoxlarının xəbəri yoxdur. Heyfsilənirəm ki, bu dağ şəlaləsinin əzəmətini hər kəs görməyib, möhtəşəmliyindən hamının xəbəri yoxdur...
 
 
Əziz qardaşım! Sən elə bir şairsən ki, ən mötəbər söz xiridarlarını belə sehirli sözlərinlə ovsunlaya bilərsən. Sən elə bir şairsən ki, doğulduğun gündə göylərdən qopub, yaşadığın Yardımlıya düşən metoroitin şöhrəti kimi öz istedadınla hər yana səs sala bilərsən. Bununçün nə çox, nə az “sehirli qutuda” tez-tez görünmək lazımdır.
Nə isə, adət etdiyimiz kimi səbəbi taleydə görüb, Sənə haqq qazandırıram. Deyirəm, nə yaxşı ki, Yardımlının Sakit İlkini var, Sakit İlkinin şeir dünyası olduğu kimi...
 
 
Və mən varlığından qürur duyan bir eloğlun kimi Səni ad günün münasibəti ilə təbrik edir, uzun ömür, eləcə də əbədiyyətə gedən yolda hər iki dünyanın səfasını arzulayıram...
 
 
Elman Eldaroğlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...