Xidmətlərin sayı ARTIRILACAQ

11:33 26-09-2018 | icon 453 | Gündəm
Xidmətlərin sayı ARTIRILACAQ

İcbari Tibbi Sığorta Agentliyi ölkə üzrə həyata keçiriləcək icbari tibbi sığorta sisteminə baza zərfi ilə bağlı dəyişikliklər edəcək.

 

Versus.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta Agentliyinin Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanov deyib.

 

Hazırda icbari tibbi sığorta sisteminin pilot olaraq həyata keçirildiyini xatırladan V.Qurbanov qeyd edib ki, pilot ərazilərdə aşkar edilmiş bəzi xəstəliklər baza zərfinə daxil edilməmişdi:

 

"Onların yeni baza zərfində öz əksini tapması nəzərdə tutulur".

 

Agentlik rəsmisinin sözlərinə görə, yeni baza zərfinin quruluşu da fərqli olacaq ki, özündə diaqnozları və həmin diaqnoza aid olan tibbi müayinələri, müalicələri əks etdirəcək.

 

V.Qurbanov əlavə edib ki, hazırda mövcud olan baza zərfində yalnız tibbi xidmətlər öz əksini tapıb. Onun sözlərinə görə, yeni baza zərfi ilin sonuna hazır olacaq.

Agentlik rəsmisi 2019-cu ildən icbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqinin planlaşdırıldığını da söyləyib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür