Partiya sədri mitinqlə bağlı çağırış etdi

10:23 28-09-2018 | icon 847 | Siyasət
Partiya sədri mitinqlə bağlı çağırış etdi

 

Əli Əliyev: “Bu mitinqə vətəndaş kimi iştirak etməli, vətəndaş kimi qatılmalıyıq”

 

 

 

“Partiya üzvlərimiz, tərəfdaşlarımız, mənə şəxsən etimad göstərən şəxslər bu mitinqə qatılmalıdılar”.

 

Versus.Az xəbər verir ki, bu sözləri Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev sentyabrın 29-da keçiriləcək mitinqlə bağlı çağırış nitqində deyib:

 

“Mitinq razılaşdırılıb, yəni qorxulu məsələ mövcud deyil. Mitinqə bu mitinqin gur keçməsində maraqlı olan iqtidarın yumşaq mövqeyinin şahidi ola bilərik. Ona görə də insanların mitinqə gəlməsi arzuolunandır.

 

Bütün dünya Qarabağdan vaz keçmiyəcəyimiz milli mövqeyimizi görməlidir. Qarabağ elə bir mövzudur ki, nə müxalif-iqtidar, nə müxalifdaxili gərginliklər, nə siyasi mənsubiyyət həlledici deyil. Vətəndaş kimi iştirak etməli, vətəndaş kimi qatılmalıyıq”.

 

Partiya sədri vurğulayıbki, bu mitinqin keçirilməsi ilə Qarabağ mövzusunda Azərbaycan xalqının siyasi iradəsinin ortada olması göstəricisi nümayiş olacaq:

 

“Bu nümayişdə iştirak etmək hər bir azərbaycanlının milli borcudur”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür