44 günlük Vətən müharibəsinə döyüşçü kimi qatılmış jurnalistlərin SİYAHISI

14:07 11-12-2020 | icon 380 | KİV
44 günlük Vətən müharibəsinə döyüşçü kimi qatılmış jurnalistlərin SİYAHISI

Müşfiq Ələsgərli: "Xəsarət alan jurnalistlərlə bağlı ayrıca hesabat hazırlanır"

 

44 günlük Vətən müharibəsinə qismən səfərbərlik və digər proqramlar çərçivəsində cəlb edilmiş, cəbhə xəttinə göndərilmiş, döyüşlərdə iştirak etmiş jurnalistlərin siyahısı hazırlanıb.

 

Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli Versus.Az-a bildirib ki, təmsil etdiyi hər iki qurum 27 sentyabrdan - Vətən müharibəsinin ilk günündən başlayaraq KİV təmsilçilərinin fəaliyyəti ilə bağlı monitorinq aparıblar, prosesləri diqqətdə saxlayıblar, zərurət yaranan anda uyğun dəstək veriblər.

 

“KİV işçiləri 44 günlük Vətən müharibəsində, cəbhə xəttində  həm xəbər istehsalçısı qismində, həm də səfərbərlik proqramı çərçivəsində  cəlb edilmiş döyüşçü qismində iştirak ediblər. Media təmsilçilərinin fəaliyyəti hər iki istiqamətdə uğurlu olub”- deyə, JuHİ sədri vurğulayıb.

 

M.Ələsgərli bildirib ki, qeyd edilən dövrdə təqribən 27 nəfər jurnalist ehtiyatda olan zabit və digər kateqoriyalar qismində səfərbərlik proqramına cəlb ediliblər, cəbhə xəttinə göndəriliblər. 27 nəfərin sırasından  2 nəfər döyüşlərin gedişində yaralanıb, müxtəlif dərəcəli xəsarətlər alıb. Hazırda vəziyyətləri normaldır.

 

Monotorinqlərin nəticəsinə görə, 27 nəfərdən hər birinin xidməti qüsursuz, sağlıqları normaldır. Əlavə olaraq, döyüş bölgəsində səfərbərlik proqramından kənar xidmət keçən, həqiqi hərbi xidmətdə olan sabiq KİV işçisi -  ATV-nin keçmiş montajçı-əməkdaşı Davud Qurbanov oktyabrın 5-də şəhid olub:

 

“Hərbi xidmətin  davam etdiyini, təhlükəsizlik amillərini nəzərə alaraq, səfərbərlik proqramına cəlb edilmiş, cəbhə xəttinə göndərilmiş həmkarlarımızın adlarını hələlik  açıqlamırıq. Onların geri dönüşündən sonra daha detallı informasiyalar veriləcək. Müşahidələrimiz, təmaslarımız davam edir”.

 

Şəhid olan həmkarlarımıza rəhmət, xəsarət alanlara şəfa, xidmətini davam etdirənlərə sağlıq və uğurlar diləyirik!

 

M.Ələsgərli qeyd edib ki, cəbhə bölgəsində reportyor, xəbər istehsalçısı kimi fəaliyyət göstərən, atəşə, hücuma məruz qalan, xəsarət alan jurnalistlərlə bağlı ayrıca hesabat hazırlanır və yaxın günlərdə təqdim ediləcək.

 

PƏRİ
Versus.Az 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili