Oğlan uşaqları arasında ölüm halları azalıb

09:08 01-10-2018 | icon 1378 | Sağlamlıq
Oğlan uşaqları arasında ölüm halları azalıb

Azərbaycanda 5 yaşadək dünyasını dəyişən uşaqların sayı azalıb.

 

Versus.Az xəbər verir ki, ötən il ərzində ümumilikdə Azərbaycanda 5 yaşadək ölən uşaqların sayının azalmasına baxmayaraq, qız uşaqları arasında ölüm halları 2016-cı ilə nisbətən artıb, oğlan uşaqları arasında ölüm halları azalıb.

 

Keçən il ərzində ölkədə 5 yaşadək 2058 nəfər uşaq dünyasını dəyişib ki, onların da 1205-i oğlan, 853-ü qız olub.

2016-cı ildə isə dünyasını dəyişən 2092 uşağın 1259-u oğlan, 833-ü qız olub.

 

2016-cı ildə hər 1000 diri doğulana 15,4 oğlan uşağı, 11,9 qız ölümü düşürdüsə, 2017-ci ildə bu göstərici müvafiq olaraq, 15,3 və 11,9 olub.

2017-cı ildə Azərbaycanda 1 yaşadək 1700 uşaq dünyasını dəyişib ki, onların 993-ü oğlan, 707-si qızdır.

 

Qeyd edək ki, 1 yaşadək uşaqların ölümünün ilk səbəbi perinatal dövrdə meydana çıxan bəzi hallardır. Ötən il bu hallardan 1028 nəfər (2016-cı ildə 1090) körpə dünyasını dəyişib. Körpə ölümlərinin səbəbləri arasında sonrakı yerləri tənəffüs sistemi xəstəlikləri tutur ki, bu səbəbdən ötən il 235 (2016-cı ildə 173 körpə) ölüb.

Ötən il anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntularından 155 (2016-cı ildə 151 körpə), travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 12 (2016-cı ildə 7) körpə ölüb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür