Millət vəkili MilliMəclisdə bir neçə təkliflə çıxış edib

17:23 01-10-2018 | icon 820 | Siyasət
Millət vəkili MilliMəclisdə bir neçə təkliflə çıxış edib

 

Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qardaş Türk dövlət və toplumlarından gənclərin Azərbaycan təhsili, eyni zamanda reproduktiv sağlamlıq və orqan transplantasiyası ilə bağlı təkliflərlə çıxış edib.

 

Versus.Az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva "Elm haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişliklik edilməsi barədə" Azərbaycan Respublikası qanununun layihəsi barədə müzakirələrdə çıxışı zamanı dəyişiklikləri dəstəklədiyini deyib və bildirib ki, bu sənəd Azərbaycan üçün strateji baxımdan da vacibdir.

 

Qeyd edək ki, qanunun 39.6-cı maddəsində göstərildiyi kimi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında doktorantura səviyyəsində təhsil alması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı, habelə elm və təhsil müəssisələri ilə bağlanan müqavilələr əsasında həyata keçirilir. Eyni zamanda qanunun 44.1-1. maddəsində qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyənləşdirir.

 

Q.Paşayeva çıxışında Azərbaycan da daxil olmaqla türk dövlətləri -Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan  öz müstəqilliyini təkrar qazandığı ilk illərdə qardaş Türkiyənin yüzlərlə gəncin Türkiyədə təhsil almasına dəstək göstərən proqramını xatırladıb və bildirib ki, həmin gənclər vətəndaşı olduqları dövlətlər ilə qardaş Türkiyə arasında əlaqələrin, əməkdaşlığın daha da güclənməsində fəal rol oynadılar, buna görə də Azərbaycanda təhsil alacaq şəxslər üçün ayrılan kvotalarda türk dövlətlərindən - Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan  və türk toplumlarından, Azərbaycanın dövləti sərhədlərindən kənarda yaşayan soydaşlarımıza - Cənubi Azərbaycan (İran), Dağıstan (Rusiya), Borçalı (Gürcüstan), gənclərə öncüllüyün verilməsi türk dövlət və toplumları , Azərbaycanın dövləti sərhədlərindən kənarda yaşayan soydaşlarımızla  əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək və bu, Azərbaycan üçün strateji baxımdan çox önəmlidir.

 

Eyni zamanda millət vəkili Q.Paşayeva ağır durumda olan türk toplumlarına, İraq türkmənləri kimi soydaşlarımızın da bu kvotalar da yer almasına  toxunu:

 

“Hələ ümummilli lider Heydər Əliyev tarixi araşdırarkən gördüm ki, İraq türkmənləri ilə biz azərbaycanlılar bir bütövün parçalarıyıq fikrini qeyd edib və deyib ki, İraq türkmənlərinin ləhcələrinin 98% bizim ləhcəmizlə eynidir və İraq türkmənlərindən müəyyən sayda istedadlı gənclərin Azərbaycana gəlib burda Azərbaycan dövlətinin dəstəyi və maliyyəsi ilə  təhsil alması həmin gənclərin ölkələrinə qayıtdıqdan sonra Azərbaycan ilə İraq türkmənləri, soydaşlarımız arasında əlaqələrin güclənməsinə öz töhfəsini verə bilər, həm də Azərbaycanın İraqdakı soydaşlarımıza dəstəyi və oradakı insanlarımızın güclənməsi baxımından çox strateji bir addım olar”.

 

Sonrakı çıxışında “Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsinin Milli Məclisdə payız sessiyasında müzakirəyə çıxarılmasına ciddi ehtiyac olduğunu deyən millət vəkili vurğulayıb ki, sağlam ailə sağlam cəmiyyət deməkdir:

 

“Sağlam ana sağlam gələcək deməkdir. Ona görə də ana sağlamlığı da daxil olmaqla, reproduktiv sağlamlığa xüsusi diqqət yetirilməlidir və bu istiqamətdə bütün məsələləri özündə ehtiva edən "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin MM-də müzakirələrə çıxarılaraq qəbul edilməsi vacibdir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da ailə quran gənclər arasında sonsuzluq getdikcə artır. Çoxlu sayda ailələr bizə müraciət edir, statistikalara baxırıq, boşanan ailələrin bir çoxunda övladsızlıq böyük rol oynayır. Bu cür ailələrə tibbi texnologiyaların nailiyyətlərindən istifadə edərək övlad sahibi olmaları istiqamətində dövlət tərəfindən dəstək göstərilməlidir. Bu baxımdan, "Reproduktiv sağlamlıq haqqında" Qanunun parlament müzakirələrinə yenidən çıxarılması çox vacibdir. Orada ziddiyyətə səbəb olan bəzi maddələrin layihədən çıxarılıb ve müzakirələrə gecikmədən başlamalıyıq. Süni mayalanma məsələsi də daxil olmaqla, bir sıra vacib məsələlərin daxil olduğu "Reproduktiv sağlamlıq haqqında" Qanun layihəsini tez qısa zamanda müzakirəyə çıxarıb qəbul etməliyik. Çünki bu, minlərlə insanın həyatı ilə bağlı olan məsələdir. Bu gün süni mayalanma əməliyyatının qiyməti baha olduğundan maddi imkanları orta və aşağı olan insanlar sonsuzluq problemi ilə üzləşdiyi zaman süni mayalanmadan yararlana bilmirlər. Qanun layihəsində isə qeyd edilib ki, bu cür ailələre bir dəfə dövlət tərəfindən pulsuz olaraq bu əməliyyatdan yararlana biləcəklər, yəni süni mayalanma əməliyyatının pulu dövlət tərəfindən ödəniləcək. Bu isə minlərlə ailəyə dəstək deməkdir. Ona görə də bu ailələr bizə müraciət edərək xahiş edirlər ki, qanun layihəsi müzakirəyə çıxarılsın və qəbul edilsin. Mən də onların müraciətlərini burda səsləndirərək parlamentimizi bu məsələni yaxın günlərdə yenidən müzakirəyə çıxarmağa çağırıram".

 

“İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanunla bağlı bir sıra vacib təkliflərlə çıxış edən millət vəkili Qənirə Paşayeva yüzlərlə orqan köçürülməsinə ehtiyacı olan insanların üzləşdiyi ciddi problemlərə toxunub və "bu problemlərin həlli bu qanuna ciddi elave ve değişikliklerin qısa zamanda qəbul edilib icra edilməsindən keçir" deyib.

 

Cəmiyyətdə yüzlərlə xəstənin bu sənədinin qəbulunu gözlədiyini deyən millət vəkili Qənirə Paşayeva MM-in Səhiyyə komitəsində bu məsələ ilə bağlı millət vəkillərindən və mütəxəssislərdən ibarət işçi qrupunun yaradıldığını və bununla bağlı xüsusi müzakirələrin, dinləmələrin keçirildiyini, bu məsələ ilə bağlı müvafiq qanuna ediləcək əlavə və dəyişikliklərlə bağlı təkliflərin əks olunduğu sənədin hazır olduğunu və parlamentin müzakirəsinə çıxarıla biləcəyini deyib. Bildirib ki, həm orqan transplantasiyası sahəsində ortaya çıxan problemlərin həllini, həm də orqan köçürülməsindən sonra xəstələrə dəstək göstərilməsini nəzərdə tutan əlavə və dəyişikliklərin əks olunduğu sənədin və təkliflərin qısa zamanda MM-də müzakirələrə çıxarılaraq qəbul edilməsinə çox ciddi ehtiyac var.

 

"İcbari tibbi sığorta haqqında" qanunun qısa zamanda ölkəmizin bütün bölgələrində geniş tətbiqinə böyük ehtiyac olduğunu vurğulayan millət vəkili hər iki məsələnin parlamentdə qısa zamanda qəbulunun vacibliyini vurğulayıb və MM-in payız sessiyasının gündəliyinə bu məsələlərin daxil edilməsini təklif edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili