Mədəniyyət Komitəsində Elxan Məmmədli ilə görüş keçirilib

15:08 09-01-2021 | icon 321 | Mədəniyyət
Mədəniyyət Komitəsində Elxan Məmmədli ilə görüş keçirilib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Əməkdar mədəniyyət işçisi, Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədli ilə Mədəniyyət Komitəsində görüşüb.

 
 
Versus.Az xəbər verir ki, millət vəkili Elxan Məmmədlini 75 illik yubileyi münasibəti ilə təbrik edib:
 
 
“Hörmətli Elxan müəllim,
 
Sizi, anadan olmağınızın 75 illiyi münasibəti ilə Mədəniyyət Komitəsi adından, şəxsən öz adımdan təbrik edir, Sizə möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram!
 
Siz, folklorun, Azərbaycan aşıq yaradıcılığının, o cümlədən təcnis janrının bilcilərindənsiz. Təsadüfi deyil ki, AMEA-nın Folklor İnstitutunda “Aşıq yaradıcılığı” şöbəsinin müdiri, Azərbaycan radio və televiziyasında “Bulaq”, “Ustadnamə”, “Sazın-sözün sehrində”, “Gözəlləmə” və “Sarıtel” verilişlərinin müəllifi, aparıcısı olmusuz. Sizin monoqrafiyanız (“Təcnis sənətkarlığı”), 10-dan çox kitabınız (“Azərbaycan aşıq yaradıcılığında təcnis”, “Bir dənəm” (şeirlər), “Şair Nəbi Borçalı: həyatı, mühiti, sənəti” və b.) gün üzü görüb, 30-dan çox kitabın redaktoru, rəyçisi olmusuz.
 
Sizin özünüz haqqında da “Elxan Məmmədli-60”, "Elxan ömrü - Saz ömrü" adlı kitablar yazılıb.
Bütün bunlar Sizin məhsuldar elmi yaradıcı və ictimai fəaliyyətinizdən xəbər verir.
Sizi bir daha yubileyiniz və yeni təqvim ili münasibəti ilə təbrik edir, yeni uğurlar diləyirəm”!
 
 
Q.Paşayeva yubilyara Mədəniyyət Komitəsi adından Təbrik Məktubu və üzərində "Şuşa Azərbaycandır!" yazılmış qol saatı təqdim edib.
 
 
E.Məmmədli Komitə sədrinə səmimi görüş üçün təşəkkür edib.
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür