Bakıda qarğalar niyə kütləvi şəkildə ölür? - FOTO

14:19 11-01-2021 | icon 309 | Maraqlı
Bakıda qarğalar niyə kütləvi şəkildə ölür? - FOTO

Son vaxtlar Bakıda quşların, əsasən də qara qarğaların kütləvi ölümünə rast gəlinir.

 

Versus.Az xəbər verir ki, bu barədə Baku.ws-in qaynar xəttinə məlumat verilib.

 

Deyilənləri dəqiqləşdirmək üçün paytaxtın bəzi parklarında olduq. “Elmlər Akademiyası” metrostansiyası yaxınlığındakı parkda kütləvi qarğa ölüləri ilə rastlaşdıq.

 

“Memar Əcəmi” metrosu yaxınlığındakı parkda da eyni vəziyyət idi.

Qarğalar niyə kütləvi şəkildə ölür?

 

Suala cavab tapmaq üçün AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifova müraciət etdik. Professor açıqlamasında bildirib ki, qarğaların kütləvi ölümü bir sıra amillərlə bağlı ola bilər.

 

“Bunun səbəblərindən biri də xəstəliklərin yayılması, müəyyən sanitar tədbirlərdir. Əvvəllər sahibsiz itlər, pişiklər və qarğalar çox idi. Bunun da səbəblərindən biri zibilliklərin çox olması idi. İndi zibil yeşikləri bağlanır, ətrafa atılan tullantılar yığılır.

 

Digər məsələlərdən biri də xəstəliklərin olmasıdır.

 

Qarğaların kütləvi ölümü əslində təbiətdə balansın tənzimlənməsidir. Çünki son illər qarğalar həddindən artıq çoxalmışdı. Qarğalar ağıllı və güclü heyvanlardır. Onların ölməsi təbiətdə bioloji müxtəlifliyin qorunmasına kömək edəcək”, - deyə Elman Yusifov bildirib.

 

Ornitoloq Elçin Sultanov da açıqlamasında bildirib ki, əvvəllər bizdə bu qədər quş ölümünə rast gəlinmirdi:

“Əslində küçədə gördüyümüz qarğa ölüləri zağca növüdür. Onların məhv olmasının bir neçə səbəbi ola bilər. Əsas səbəblərdən biri də keçirilən dezinfeksiya işləridir.

 

Dezinfeksiyaedici məhlulların tərkibindəki kimyəvi maddələr, zəhər otun və torpağın üstünə tökülür.

 

Torpaqda da qurdlar yaşayır. İnsanlar arasında onlara soxulcanlar da deyilir. Yerə tökülən zəhərli maddələr soxulcan tərəfindən qəbul edilir.

 

Qarğalar da onları yeyəndə zəhərlənirlər. Kimyəvi maddə və zəhər qurda təsir etmir, lakin onlarla qidalanan quşlar bundan zəhərlənir. Zəhərli maddələr otla da heyvanlar tərəfindən qəbul edilir və ölümə səbəb ola bilər”.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür