"Daha güzəştlik heç nə qalmayıb"

09:35 09-10-2018 | icon 559 | Siyasət
"Daha güzəştlik heç nə qalmayıb"

"Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan bir qrup rusiyalı qadın ictimai xadimlə birlikdə Azərbaycanın işğal altındakı ərazilərinə, qoşunların təmas xəttinə gəlib və sülh çağırışı etməsi gülünc və səmimiyyətdən kənar hərəkətdir".

 

Versus.Az-ın məlumatına görə, bu sözləri AXCP sədri Razi Nurullayev açıqlamasında bildirib:

 

"Həqiqətən ər-arvad bunlar nəinki erməni xalqını, Rusiyanı, həm də dünya ictimaiyyətini avam yerinə qoyub. Torpağları işğal et, 30 ilə yaxın işğal altında saxla, bir milyona yaxın qaçqın-köçkün ordusu yarat, regionda stabilliyi poz, sonra da sülh çağırışı et".

 

Partiya sədri vurğulayıb ki, onların özləri sülh çağırışını möhkəmləndirmək üçün heç bir addım atmadıqları halda bu hərəkətləri çox gülünc təsiri bağışlayır:

 

"Hələ bu azmış kimi, Rusiyalı fəal qadınların da başını aldadıb, yalan məlumatlarla qidalandırıb təmas xəttinə gətirirlər".

 

Razi Nurullayev bildirib ki, Rusiya öz vətəndaşlarını Azərbaycanın işğal olunmuş ərazilərinə göndərməklə böyük səhvə yol verir:

 

"Azərbaycan heç zaman imkan verməz ki, Rusiya və digər ölkələrin vətəndaşları gəlib bizim tərəfdən də təmas xəttində sülh çağırışı etsin. Əgər Ermənistan işğal altında olan Dağlıq-Qarabağdan kənar rayonları belə azad etmirsə, bu hiyləgərlik və ikiüzlülülk siyasətinə kimi inandırmaq olar?

Sülh lazımdır, amma Ermənistan rəhbərliyi işğal altında olan kənar rayonları qeyd-şərtsiz azad etməyə razı olarsa. Azərbaycan kifayət qədər ağır şərtlərə razılaşıb və güzəştə gedib. Daha güzəştlik heç nə qalmayıb".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili