Bu gün məlum olacaq

13:35 11-10-2018 | icon 495 | İdman
Bu gün məlum olacaq

Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunları davam edir.

 

Azərbaycan Güləş Federasiyasından Versus.Az-a verilən məlumata görə, sabah güləş yarışlarına start veriləcək. Olimpiadada ölkəmizi iki güləşçi təmsil edir. Şahanə Nəzərova (43 kq) Braziliya, Misir, Fransa, Hindistan, Moldova, Monqolustan, Yeni Zelandiya, Nigeriya və ABŞ təmsilçisi ilə mübarizə aparacaq. Turan Bayramovun (65 kq) rəqibləri isə Misir, İran, Yeni Zelandiya, Pakistan və ABŞ güləşçisi olacaq. Oktyabrın 13-də Ş.Nəzərova, ertəsi gün isə T.Bayramov xalça üzərinə çıxacaq. İlk görüşlər Bakı vaxtı ilə saat 17:00-da, medal qarşılaşmaları isə gecəyarısı başlayacaq.

 

Reqlamentə əsasən, iştirakçılar iki qrupda (A, B) mübarizəyə start verəcək. Qrup qalibləri finala vəsiqə qazanacaq. İkinci yeri tutanlar isə bürünc medal uğrunda görüşə çıxacaq. Bu gün axşam saatlarında qrupların püşkü atılacaq.

 

Qeyd edək ki, Şahanə 2017-ci ildə, Turan isə bu il dünya və Avropa çempionu olub. İdmançılarımız Olimpiya Oyunlarına vəsiqəni mayın 14-20-si aralığında Makedoniyanın paytaxtı Skopyedə keçirilmiş Avropa çempionatında əldə ediblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür