"Əgər Əli Həsənov korrupsiya hallarına yol veribsə..."

13:31 19-01-2021 | icon 238 | Siyasət
"Əgər Əli Həsənov korrupsiya hallarına yol veribsə..."

Hafiz Hacıyev: "Ramiz Mehtiyev tərəfindən də bəzi mətbuat orqanlarına pul ayrılırdı"

 

Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun Bakıya gətirilməsi ilə bağlı mətbuatda xəbərlər yayılıb. Əli Həsənov isə yayılan xəbərlərə münasibət bildiriərək qeyd edib ki, oktyabrın 1-dən etibarən Bakıdadır, ev şəraitində müalicə olunur və yaradıcılıq fəaliyyətini davam etdirir.

 

Versus.Az xəbər verir ki, jurnalistlərin evlərinin və ayrılan maliyyənin mənimsənilməsində Vüqar Səfərlinin Əli Həsənovla əlbir olması iddia olunur. Məhz buna görə də Əli Həsənovun da həbsinin gözlənildiyi barədə məlumatlar səngimək bilmir.



Məsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bu gün Əli Həsənovun hansı cinayəti törətdiyini heç kimin deyə bilməyəcəyini vurğulayıb:

 

“Vüqar Səfərlinin verəcəyi açıqlamalardan çox şey asılıdır. Biz o məsələləri gündəmdə saxlamalıyıq. Bütün bu məsələlərdə Azərbaycan Respublikasının qanunları ali olacaq. Məndə olan məlumata görə Əli Həsənova da artıq cinayət işi açılıb".

 

H.Hacıyev qeyd edib ki, Əli Həsənovun jurnalistlərə verilən evlərin paylanması, ayrılan pulların yeyilməsində əli var. Partiya sədrinin fikrincə, Əli Həsənov normal şəkildə ölkəyə gətirilməyib:

 

"Yəqin ki, kimlərsə onun əməlləri barədə məlumat verib. Yaxın günlərdə bu barədə geniş məlumat veriləcək. Əgər Əli Həsənov vəzifəsindən istifadə edib, korrupsiya hallarına yol veribsə, həbs edilməlidir. Qanun hamı üçün alidir. Gərək belə olmayaydı. Bu cür qanun pozuntusuna yol verən insanlar anlamalıdır ki, qanun qarşısında cavab verəcəklər".

 

Partiya sədri bildirib ki, Ramiz Mehdiyev tərəfindən də bəzi mətbuat orqanlarına 50 min dollar pul ayrılırdı:

 

"Bütün bu məsələlər də ciddi araşdırılmalıdır. Əli Həsənovun da həbsi reallaşır. Hedab edirəm ki, yaxın vaxtlarda bu barədə ciddi açıqlamalar olacaq”. /konkret.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür