“Bayden erməni lobbisi ilə olan əlaqələrini də özü ilə Ağ Evə daşıyacaq”

02:21 20-01-2021 | icon 266 | Siyasət
“Bayden erməni lobbisi ilə olan əlaqələrini də özü ilə Ağ Evə daşıyacaq”

“Xaricdə yaşayan azərbaycanlılar siyasi proseslərə qoşulmur”

 

ABŞ-ın yanvarın 20-də fəaliyyətə başlayacaq yeni prezidenti Con Bayden milliyətcə erməni Hayk Hacnazaryanı Ağ Evin regional kommunikasiya departamentinin rəhbəri təyin edib. Livanlı erməni Hayk Hacnazaryan bu təyinatdan əvvəl Baydenin Qərbi Pensilvaniyadakı seçki kampaniyasının mətbuat katibi olub. Ondan əvvəl isə senator Joe Donnellinin mətubat katibi vəzifəsini icra edib.

 

Bu kimi təyinatların davamlı ola biləcəyini nəzərə alan ekspertlər ABŞ-dakı Azərbaycan diasporunun fəal olmasını qaçılmaz hesab edir. 30 ildən çox müstəqillik qazanan Azərbaycanın ABŞ Konqresində və yaxud AĞ evdə hər hansı bir nümayəndə ilə iştirak edə bilməməsi mübahisəli məqamlardan biri kimi təhlil olunur.

 

Versus.Az xəbər verir ki, Con Bayden siyasətini təhlil edən ekspertlər belə hesab edirlər ki, yeni prezident özündən əvvəl olan prezidentlər kimi ətrafına tanıdığı adamları toplayacaq.  Həmin adamlar isə vitse-prezident dönəmində rəsmi vəzifədə olan şəxslərdir ki, Bayden onların bir çoxuna etibar edir.

 

 

 

 

“Fəaliyyətimizi artırmalı, diasporamızı gücləndirməliyik

 

Elxan Şahinoğlu bildirib ki, Con Bayden konqresmen olanda erməni lobbisi ilə sıx əlaqələri olub. Politoloq onu da xatırladıb ki, Bayden 1990-cı illərin əvvələrində Azərbaycana qarşə ədalətsiz çıxarılan 907-ci düzəlişin müəlliflərindən biridir. Belə olan halda Bayden Ağ Evə gəlirsə, erməni lobbisi ilə olan əlaqələrini də özü ilə daşıyacaq. Hətta artıq bir neçə nəfəri də özünün yaxın ətrafına təyin edib.

 

Politoloq bildirib ki, Bayden indiki halda Ağ Evdə ciddi struktur qurub və kadrların toplanmasına çalışır. Bunun üçün də ona peşəkar, işini düzgün görən adamlar lazımdır:

 

“Düşünürəm ki, konqresmen olduğu dövrdən fərqli olaraq Bayden prezidentliyi dönəmində dövlət maraqlarından çıxış edəcək. Bayden ölkəsinin təhlükəsiliyini düşünməlidir, bu isə ölkəsinin Cənubi Qafqazla əməkdaşlığınıdiqtə edir”.

 

E.Şahinoğlu azərbaycanlıların ABŞ-da hər hansı bir vəzifəyə keçə bilməməsinin obyektiv və subyektiv səbəblərini önə çəkib:

 

“Obyektiv səbəblərdən biri budur ki, Amerikada yaşayan azərbaycanlıların sayı ermənilərin sayından kifayət qədər azdır. İkinci səbəb odur ki, azərbaycanlılar Avropada, Amerikada nə qədər yaxşı həyat qursalar da, siyasətdə fəal deyillər”.

 

Politoloq hesab edir ki, hətta ABŞ-da azərbaycanlıların sayı çox olsa da, keçmişdə ermənipərəst bir konqresmenin hər hansı azərbaycanlıya Ağ Evdə mühüm bir vəzifə verəcəyi inandırıcı görünmür:

 

“Amma bu bizə əsas vermir ki, bu istiqamətdə heç bir iş görməyək. Fəaliyyətimizi artırmalı, diasporamızı gücləndirməliyik. Bu məsələdə Disaspora işi üzrə Dövlət Komitəsinin üzərinə mühüm işlər düşür. Azərbaycanlılar siyasi fəallığı nəinki Amerikada, Fransada digər ölkələrdə artırmalıdır. Yoxsa hər dəfə erməni əsillilərin xaricdə mühüm vəzifələrə təyin olunacağının şahidi olacağıq”.

 

 

 

 

“İşləmək təçkilatlanmaq lazımdır”

 

Azərbaycan Türk Qadınları İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, ABŞ-da kimin prezident olmasından asılı olmayaraq, həmişə orda ermənilərdən yana münasibət sərgilənib.

 

Onun sözlərinəgörə, ermənilərin syasi arenada təsiri çoxdur, diasporası güclü işləyir:

 

“Burda ən əsası Amerikanı idarə edən zehniyyətin ermənilərə xüsusi münasibəti dayanır”.

 

T.Rüstəmxanlı bildirib ki, Azərbaycan, eləcə də Türkiyə türklərinin xarici ölkələrdə yüksək vəzifələrə təyin olunmamaları, heç də o demək deyil ki, türklərin qabiliyyəti ermənilərdən aşağıdır, idarəçilikdə zəifdirlər:

 

“Bizim soydaşlarımız ABŞ-da siyasi təşkilatlarda təmsil olunurlar. Amma yüksək postlara qədər gedib çıxa bilmirlər. Bu da yenə də əks münasibətlə bağlıdır. Buna baxmayaraq, işləmək təçkilatlanmaq lazımdır. Amerkanın siyasətini müəyyən edən təşkilatlarda təmsil olunmaq lazımdır”.

 

 

 

 

 

“Xaricdə yaşayan azərbaycanlılar isə...”

 

Politoloq Qabil Hüseynli bildirib ki, ABŞ-da 600 min erməni var və onlar ən inkişaf etmiş şəhərlərdə kompakt şəkildə yaşayır bir-birinə dəstək verərək, siyasi proseslərdə, ölkənin idarəçiliyində yaxından iştirak edirlər.

 

Politoloqun sözlərinə görə, xaricdə yaşayan azərbaycanlılar isə Rusiya nümunəsində olduğu kimi, daha çox ticarətlə məşğul olur, siyasətlə maraqlanmırlar:

 

“Azərbaycanlılar Konqres, Ağ Ev kimi yerlərdə fəaliyyət göstərməsi üçün birinci növbədə siyasətə qoşulmalı, siyasi partiyalarda təmsil olunmalı, seçki prosesində iştirak etməlidirlər”.

 

Politoloq bildirib ki, hazırda Azərbaycanda yeni nəsil formalaşır. Q.Hüseyinlinin sözlərinə görə, xüsusən, Amerikada təhsil alan gəncləri ölkənin siyasi həyatına cəlb etmək lazımdır:

 

“Təşkilatlanmaq lazımdır. Öz qınına qapılıb qalmaqla hər hansı bir işi görmək mümkün deyil. Azərbaycanın dünyasına inteqrasiya problemlərini dəfv etməlidir. Bu yüksək səviyyədə aparılmalıdır. Bunun üçün də xarici ölkələrdə olan diasporalarımız inkişaf etməli, bu istiqamətdə səriştələrini artırmalıdır”. /“həftə içi”/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür