Vətən Müharibəsində itkilərimizin az olmasında rol oynamış mülki vətəndaşlarla görüş

16:27 22-01-2021 | icon 313 | Cəmiyyət
Vətən Müharibəsində itkilərimizin az olmasında rol oynamış mülki vətəndaşlarla görüş

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsində itkilərimizin az olmasında rol oynamış mülki vətəndaşlarla görüşüb.

 

Versus.Az xəbər verir ki, “Azvirt MMC”nin ekskavator masinistləri - Sumqayıt şəhər sakini İlqar Köçəri oğlu Həşimov və Tovuz rayon, Azaflı kənd sakini Elsevər Maarif oglu Abdullayevlə görüşən Q.Paşayeva onları düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edib, yeni təqvim ilində yeni uğurlar diləyib:

 

"Siz, 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz tarixi zəfərdə öz töhfələri ilə iştirak etmiş mülki vətəndaşlarımızsız. Siz, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocəvənd, Şusa istiqamətlərində gedən döyüşlər vaxtı, sizə təhkim olunmuş texnika vasitəsi ilə operativ mühəndis istehkam qurğularının yaradılmasında fədakarlıqla iştirak etmisiz. Sizlərin də öz töhfələrinizlə iştirak etdiyiniz Vətən Müharibəsi Ordumuzun qələbəsi ilə sonuclanıb, şəhidlərimizin qanı yerdə qalmayıb. Sizi düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edir, sizə möhkəm can sağlığı, yeni uğurlar diləyirəm"!

 

"Avirit MMC" əməkdaşları İlqar Həşimov və Elsevər Abdullayev səmimi qəbula görə Komitə sədrinə təşəkkür edib.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür