Vətən müharibəsinin iştirakçısı döyüşlərdən danışdı

10:41 23-01-2021 | icon 430 | Şəhidlər və şahidlər
Vətən müharibəsinin iştirakçısı döyüşlərdən danışdı

Səbuhi Əmirahlı: “Döyüş zamanı yoldaşının canı sənə əmanət olur”

 

Müharibənin bitməyinə bir gün qalmış döyüş yoldaşlarımızdan biri dedi ki, mən hamınızdan tez gedəcəm evə. Həmin gecə ermənilərin diversiya qrupu Zəngilana hücum etdi, iki nəfər şəhid oldu və onlardan biri də həmin yoldaşımız idi.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Vətən müharibəsi iştirakçısı, könüllü əsgər Əmirahlı Səbuhi Ramazan oğlu deyib.

 

Onun sözlərinə görə, müharibə zamanı heç kəs öz canını düşünmür, yalnız bir amal üçün vuruşur:

 

“Sentyabrın 29-dan Vətən müharibəsinə könüllü olaraq qoşulmuşam. Döyüş yolum Füzulidən başlayıb və ilk günlərdən top, mərmi səsi, yaralı əsgərləri görmək hər kəsə qəribə gəlirdi, ancaq qısa vaxtdan sonra bunlar adiləşdi. Çünki hər kəs torpağı üçün canından keçməyə hazır idi.

 

İnsan az da olsa, həyacan hissi yaşayır, amma buna baxmayaraq, qürur hissi keçirirsən. İllərdir yuxularımızda gördüyümüz günlər reallaşırdı. Bundan əlavə hər kəsin içində sevinc hissi ilə bərabər fəxr hissi də var idi”.

 

S.Əmirahlı qeyd edib ki, komandir heyəti və əsgərlər döyüş zamanı öz canından çox yoldaşlarının canını qorumağa çalışırdı:

 

“Döyüşlər nə qədər ağır keçsə də, hamı özündən çox yoldaşını qorumağa çalışırdı. Sanki onun canı sənə əmanət idi, istəmirdin ki, yoldaşına bir şey olsun. Şəhidlərimiz oldu, onlara görə çox üzülürük, ancaq digər tərəfdən də heyfsilənirik ki, biz o zirvəyə ucala bilmədik.

 

Hər dəfə torpaqlar azad olunduqca, gözəl yerlər gördükcə bizi qəhər boğurdu. Buna görə də düşmənin axırına çıxmaq üçün can atırdıq. Yanvar ayının 3-də azad etdiyimiz torpaqlardan elə tərxis olunduq. Bizdən də çox döyüşən, şücaət göstərən hərbçi yoldaşlarımız şəhid və qazi oldular. Şəhid ailələrindən və qazilərin hər birindən haqlarını halal etməyi xahiş edirəm.

 

Fürsətdən istifadə edib, başda Ali Baş Komandan olmaqla bütün hərbçi yoldaşlarımızı qələbə münasibəti ilə təbrik edirəm”. /Trend/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür