ALDP-dən neft gəlirlərindən əldə olunan vəsaitlə bağlı BƏYANAT

09:52 25-01-2021 | icon 632 | Siyasət
ALDP-dən neft gəlirlərindən əldə olunan vəsaitlə bağlı BƏYANAT

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.

 

Versus.Az xəbər verir ki, bu barədə ALDP-nin Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd edək ki, iclasda ictimai-siyasi vəziyyət, partiyanın 2021-ci il üçün fəaliyyət proqramının təsdiqlənməsi, yanvarın 30-u partiyanın 22 illiyinin keçirilməsinə dair hazırlıq işləriylə bağlı hesabat və bəzi təşkilatı məsələlər müzakirə olunub.

 

İclasda neft gəlirlərindən əldə olunan vəsaitlə bağlı bəyanat qəbul olundu. Bəyanatda deyilir:

 

"Son bir ayda Azərbaycan neftinin qiymətinin artımı müşahidə olunur. Azərbaycan büdcəsinin böyük bir hissəsi neft qəlirlərindən təşkil olunur. Bir tərəfdən bu sevindirici hall olsa da, digər tərəfdən biz istəməzdik ki, 10-15 il bundan öncəki səhvlər təkrarlansın, neft gəlirindən əldə edilən milyardlar, “inkişaf layihələr”, “Azərbaycanı tanıdaq” adı ilə layihələrə xərclənsin. Bu kimi layihələri həyata keçirən zaman korrupsiyanın səviyyəsi yüksək həddə çatdı, milliyonlarla pul məmurların cibinə axdı. Digər tərəfdən isə manatın stabilliyini qorumaq üçün külli miqdarda vəsaitlər xərcləndi. Bu lazımsız xərclər nəticə olaraq valyuta və digər ehtiyatların kəskin sürətdə azalmasına qətirib çıxartdı. Tarif Şurasının benzininin və dizel yanacağının bahalaşması kənd təsərrüfatı məhsullarının, ərzağın, taksi xidmətinin, daşınma xidmətinin də qiymətlərində bahalaşma ilə müşayət olunur.

Hesab edirik ki, neft gəlirlərinin böyük bir hissəsinin ehtiyat fondlarda toxunmamaq şərti ilə saxlanması, digər hissəni qeyri-neft sektorunun inkişafına yönəltməsi düzgün olardı.

ALDP Azərbaycanın gələcəyi naminə neft qəlirlərinin səmərəli xərclənməsini tələb edir".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür