“Qarabağ inciləri” müsabiqəsinə 400-dən çox dizayn NÜMUNƏSİ

09:48 27-01-2021 | icon 430 | İqtisadiyyat
“Qarabağ inciləri” müsabiqəsinə 400-dən çox dizayn NÜMUNƏSİ

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və Heydər Əliyev Mərkəzinin birgə təsis etdiyi “Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsi davam edir.

 

“AzerGold” QSC-dən Versus.Az-a verilən məlumatda bildirilir ki, müsabiqənin layihə qəbulu mərhələsi 6 gün sonra, 1 fevral tarixində yekunlaşacaq.

 

Azərbaycan qızılından istehsal edilən sikkələrin dizaynı üçün həll çeşidliliyinin artırılması, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı ilə ordumuzun parlaq qələbəsi və Qarabağın tarixi-mədəni dəyərlərinin təbliği məqsədilə keçirilən müsabiqəyə bu günədək 400-dən çox dizayn nümunəsi göndərilib. Növbəti mərhələdə müsabiqə şərtlərinə cavab verən bütün nümunələr ölkənin tanınmış mütəxəssislərindən, dizayner və rəssamlarından təşkil edilmiş münsiflər heyəti tərəfindən estetik görünüş, konseptual mövzu, unikallıq və tətbiqə yararlılıq meyarları əsasında qiymətləndiriləcək.

 

İlk 3 yerin qalibi diplom və pul mükafatı (1-ci yer 3000 AZN, 2-ci yer 2000 AZN, 3-cü yer 1000 AZN) ilə təltif ediləcək. Əlavə olaraq, müsabiqədə iştirak üçün seçilən bütün layihələr www.azergold.gift saytında onlayn səsverməyə çıxarılacaq. Ən çox səs toplayan layihə “İzləyici rəğbəti” nominasiyası üzrə qalib elan ediləcək və qalibə 1000 AZN məbləğində pul mükafatı təqdim olunacaq.

 

Xatırladaq ki, müsabiqənin qalibi qismində seçilmiş dizayn nümunələri əsasında nominal dəyəri olmayan yeni qızıl sikkələrin istehsalı planlaşdırılır.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür