Koronavirus peyvəndindən bu hallarda imtina edilməlidir
Kəskin respirator xəstəliyi olan insanlar, COVID-19 testinin cavabı müsbət çıxanlar, postkovid vəziyyətdəkilər, həmçinin IgM anticisimləri olanlar və ağır xəstəlikdən əziyyət çəkənlər peyvənddən imtina etməlidirlər.
Lenta.ru-nun məlumatına görə, bu barədə Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova xəbərdarlıq edib.
“Məsələn, anticisimlər üçün qan analizi vermisiniz. Əgər orqanizmdə “M immunoglobulinləri” tapılıbsa bu, immun cavabınızın formalaşmağa davam etdiyini göstərir. Yəni, PZR testiniz mənfi çıxsa belə, bədən virusla təmasdadır. Bəlkə də virus “gizlənib”, bağırsaqlarda və ya başqa bir yerdə “oturur”. Bu vəziyyət persistensiya adlanır”, - deyə bioloq izah edib.
Mütəxəssis bildirib ki, orqanizmdə IgM olmadan yalnız IgG anticisimlərinin olması isə “postkovid vəziyyət”dir:
“IgG varsa peyvəndləməyin heç bir mənası yoxdur. Bu halda yaxşı olar ki, vaksin növbəsi başqasına ötürülsün”, - deyə professor tövsiyə edib.
Ança Baranova immunosupressiya və ya dağınıq sklerozu olan insanların da peyvənddən imtina etməli olduğunu vurğulayıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"