"Azərbaycan "Əqli mülkiyyətin qorunması" göstəricisi üzrə MDB-də 1-ci yer tutur"

19:25 17-10-2018 | icon 424 | Gündəm
"Azərbaycan "Əqli mülkiyyətin qorunması" göstəricisi üzrə MDB-də 1-ci yer tutur"

Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan "Əqli mülkiyyətin qorunması" göstəricisi üzrə MDB-də 1-ci yer tutur.

 

Versus.Az xəbər verir ki, bu barədə Azərbaycan Əqli Mülkiyyət Agentliyinin Dünya İqtisadi Forumunun 2018-ci il üçün nəşr olunan Qlobal Rəqabətlilik Hesabatı (GCI-2018) ilə əlaqədar şərhində deyilir.

Qeyd olunur ki, Dünya İqtisadi Forumunun açıqladığı GCI-2018 üzrə ölkələrin rəqabətqabiliyyətlilik reytinqinə uyğun olaraq Azərbaycan 69-cu yeri tutub:

 

"Reytinqin hesablamaları əvvəllər tətbiq olunan metodikadan xeyli dərəcədə fərqlənən yeni metodika əsasında həyata keçirilib. Reytinq 12 mövqe üzrə tərtib edilir və əqli mülkiyyət mövqeyi nəzərindən 1-ci mövqe - “Təsisatlar” vacib əhəmiyyətə malikdir. “Təsisatlar” mövqeyində “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan 4.8 bal yığaraq 36-cı yerdə qərarlaşıb (ötən il 37-ci yeri tutub). “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan MDB dövlətləri arasında 1-ci yer tutur və müvafiq olaraq Ermənistandan 30, Gürcüstandan isə 54 pillə irəlidədir və Cənubi Qafqaz ölkələri arasında şəksiz liderdir. Müqayisə üçün qeyd edək ki, Rusiya Federasiyası 85-ci, Ukrayna isə - 114-cü yerdədir".

 

Agentlikdən bildirilib ki, “İnnovasiya” mövqeyi müəyyən dərəcədə əqli mülkiyyətlə əlaqəlidir:

 

"Azərbaycan “İnnovasiya” mövqeyi üzrə müvafiq olaraq 85-ci yerdə olan Gürcüstanı və 87-ci yerdə olan Qazaxıstanı qabaqlayaraq 71-ci yeri tutur. Bu mövqe üzrə Rusiya Federasiyası (36-cı yer) və Ukrayna (58-ci yer) liderlik edirlər".

 

Əlavə olunub ki, Azərbaycanın “İnnovasiya” mövqeyi üzrə göstəricilərinin yaxşılaşmasına bu mövqeyə daxil olan patent sahəsində və ticarət markaları sahəsində fəallığın yüksəldilməsinə yönəlmiş tədbirlər kömək etməlidir:

 

"O cümlədən, “Patent ərizələri” və “Əmtəə nişanlarına ərizələr” göstəricilərinə görə Azərbaycan, müvafiq olaraq, 87-ci və 101-ci yeri tutur. Azərbaycan Prezidentinin müvafiq fərmanlarına əsasən, yeni yaradılmış Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində hazırda bu istiqamətdə, həm də elmi nəşrlərin H-indeksi istiqamətində işlər görülür".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili