"İMZA": “Şuşam mənim” könülləri oxşamaqdadır

16:20 03-02-2021 | icon 477 | Mədəniyyət
"İMZA": “Şuşam mənim” könülləri oxşamaqdadır

Klip "İmza"nın təşkilatçılığı ilə çəkilib

 

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təşkilati dəstəyi ilə çəkilmiş Xalq Artisti Tünzalə Ağayevanın “Şuşam mənim” klipi qısa müddətdə könülləri oxşamaqdadır.

 

Versus.Az xəbər verir ki, Xalq artisti, milli ruh, qəhrəmanlıq, vətənpərvərlik janrında oxuduğu mahnılarla hər zaman tamaşaçıların qəlbini fəth etmiş Tünzalə Ağayeva bu dəfə öz yeni şərqisi ilə azad Şuşamızı tərənnüm edib.

 

Tünzalə xanımın bəstəkarı olduğu mahnıda qədim Pənahabad, bütün azərbaycanlıların ruhunun, qəlbinin, könlünün şəhəri olan, mənəviyyatımızda, mədəniyyətimizdə xüsusi yerə malik, xarı bülbülün vətəni gözəl Şuşamız vəsf olunub. Böyük şairimiz Rəsul Rzanın sözlərinə bəstələnmiş mahnı qısa müddətdə azərbaycanlı tamaşaçıların sevgisini qazanıb, necə deyərlər könülləri oxşayıb.

 

Şərqinin sözlərində deyildiyi kimi, torpaqdan pay olmaz! Gözəllikdə Şuşaya bənzər şəhərin olması da əslində mümkünsüz görünür. Yüksək səviyyəli və keyfiyyətli klipin çəkildiyi “Şuşam mənim”də mədəniyyət paytaxtımızın mənfur düşmənimizdən azad edilməsi əməliyyatına həsr olunmuş və ayrıca səhnələşdirilmiş epizodlar da var.

 

Gözəl ifa və həzin musiqiylə müşayət olunan klipdə tamaşaçılar əziz şəhidlərimizin canı, qanı, qazilərimizin misilsiz şücaəti nəticəsində yenidən hürriyətinə qovuşmuş, əsl təbiət möcüzəsi sayılan və əsrarəngiz məkanda yerləşən şəhərimizin möcüzəvi mənəvi aurasına bir daha valeh olurlar. Biz vətən uğrunda ölmürük, şəhid oluruq. Bir ölsək də min dirilirik. Ona görə Azərbaycanımız üçün canımızı fəda edirik ki, azad vətənimiz və bu vətəni cənnətə çevirəcək övladlarımız xoşbəxt yaşasın! Məhz bu məqamın xüsusi həssaslıqla canlandırıldığı klipin araya-ərsəyə gəlməsinə təşkilati dəstək vermiş “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi  

 

Xalq ArtistiTünzalə Ağayevaya, klipin ssenari müəllifi Günel Anarqızına və rejissoru Ülviyyə Könülə, bir sözlə bütün yaradıcı heyətə layihəni yüksək peşəkarlıq, incə zövq və ustalıqla həyata keçirdiyinə görə təşəkkür edir, onları Vətən müharibəsində qazandığımız möhtəşəm zəfərimiz münasibəti ilə ən səmimi hissləri ilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayır.

 

Biz birlikdə güclüyük, hədəfimiz, amalımız hər fürsətdə Millətimizə və Dövlətimizə xidmət etməkdir!

 

Təranə Ziyadova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili