Talıb Tale şəxsi həyatından danışıb
“Artıq qəlb məsələsi deyil, yaş keçib. Qəlb məsələsinə qalsa, bu məsələ çox uzanacaq. Gərək ağıl ilə hərəkət edəsən. Ola bilər ki, bu il toy olsun”.
Bu sözləri ARB TV-nin “Həmin Zaur” verilişinin qonağı müğənni Talıb Tale deyib.
Daha sonra müğənni ailə üzvlərindən də danışıb:
“Məndən böyük iki qardaşım var. Bir bacı, üç qardaşıq. Qardaşlarımdan biri dövlət işində, digəri isə inşaat sahəsində çalışır. Müğənni olmaq fikrim yox idi. Haradan gəlib çıxdım, bilmirəm. Əvvəllər peşman olmuşam, indi yox, artıq bu yoldayıq”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"