Robot Sofia Bakıda çıxış edəcək

18:34 19-10-2018 | icon 42 | Maraqlı
Robot Sofia Bakıda çıxış edəcək

“Keepface DMCC” və “FA International Trade Events”-in təşkil etdikləri “Global İnfluencer Day” tədbirinə təşrif buyuranları maraqlı proqram gözləyir.

 

Versus.Az xəbər verir ki, “Global İnfluencer Day” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə təşkilatçılığı ilə keçiriləcək “İnnovasiya həftəsi” çərçivəsində baş tutacaq.

 

İlk olaraq, “Global İnfluencer Day”in təşkilatçıları olan “Keepface DMCC” və “FA International Trade Events” oktyabrın 26-da jurnalistlərlə görüşərək tədbirə son hazırlıq işləri ilə tanış edəcək və suallarını cavablandıracaqlar. Bu görüş, 26 oktyabr saat 11:00-da "Qafqaz City Hotel"də baş tutacaq.

 

“Global İnfluencer Day” marafonu isə oktyabrın 27-si səhər saat 8:00-dan etibarən Heydər Əliyev Mərkəzində start götürəcək. İştirakçıların sayının çoxluğunu nəzərə alaraq, saat 8:00-dan 9:30-dək qeydiyyat həyata keçiriləcək.

 

Tədbiri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri, cənab Ramin Quluzadə açacaq.

Hamının səbrsizlik və maraqla gözlədiyi əsas çıxışçı süni intellekt sahibi, robot Sofia səhnəyə 10:05-də çıxacaq. Çıxışı bitirdikdən sonra Sofia suallara cavab verəcək.

10:35-də Keepface qlobal influenser marketinq platformasının həmtəsisçiləri Emin Vəliyev, Elşad Yusifli və Vaqif Abbasov tədbir iştirakçılarını tədbirin ideya və fəlsəfəsi barədə məlumatlandıracaqlar.

 

Saat 11:00-dan etibarən tədbir iki paralel panellərdə işini davam etdirəcək. Birinci paneldə İnfluenser Marketinqlə maraqlananlar Google təmsilçisi Nina Levçuk, kontent marketinq influenseri, Forbes jurnalının 10 top sosial media influenser siyahısında yer alan, avstraliyalı Jeff Bullas, Olena Dobrenskaya (Vouge), Tuqra Şükürova (ADA) və Alper Çelenin çıxışlarını dinləmək imkanı əldə edəcəklər. Data marketinqlə maraqlananlar isə paralel keçirilən ikinci paneldə Booking.com-dan Villem İsburker, Ehsan Jahandarpour (Forbes Top 20 Growth Hacker), Aytul Ercil (Vispera), Aytəkin Əliyeva (Facebook) və Mövlan Paşayevin (PwC) təqdimatları ilə tanış olacaqlar.

 

Saat 14:00-dan etibarən “Global İnfluencer Day” iki yeni və paralel keçirilən panellə işini davam edəcək. 16:30-a qədər dinləyiciləri Səyahət İnfluenserləri paneli, Dəb İnfluenserləri paneli, Kulinariya İnfluenserləri paneli, Startap və İnvestorlar panellərində maraqlı çıxışlar gözləyir. Həsən Cabbarov (Paym.es), Ömer Gurkan (ETİB), Orxan İsayev (Dünya E-kommersiya Forumu), Aleks Sudadze iştirakçılara elektron kommersiya və blokçeyn barədə məlumatlandırandan sonra, Aleks Graudienslə Məryam Tağıyeva blokçeyn üzərində işləyən Keepface 3.0 layihəsini təqdim edəcəklər, sonda isə Samir Nuriyevin moderatorluq edəcəyi Blokçeyn paneli baş tutacaq.

 

“Global İnfluencer Day”-in həyəcanlı anlarından biri saat 17:00-da başlanacaq İnfluenserlərin Mükafatlandırma Mərasimi olacaq. Mərasimdə münsiflər heyətinin seçdikləri influenserlər təşkilatçılar tərəfindən mükafatlandırılacaqlar.

 

“Global İnfluencer Day” 28 oktyabrda ADA Universitetində yerli və xarici mütəxəssislərin iştirakı ilə 3 zalda paralel keçiriləcək praktiki məşqələlərlə işini başa vuracaq.

Nəzərinizə çatdırmaq istəyirik ki, “Global İnfluencer Day”-in baş tutması baş sponsor Gilan Holding, bank sponsoru Azərbaycan Beynəlxalq Bankı, GSM sponsoru Azercell və digər sponsorlar Astrolabs, Vita1000, iTicket.az, Vitam, SOCAR AQS, “Zeytun Bağları”, Qafqaz Hotels and Resorts, pwc, Sat Group, Mars Academy, Roof Academy, Barattson, Paym.es, Prima.az ilə mümkün olub.

 

“Global İnfluencer Day” tədbirinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi, İnnovasiya Həftəsi, AMCHAM, Azərbaycan Konqreslər Bürosu, ADA Universiteti, CAMCA və CELA şəbəkələri, Leo Burnet, Mediamark, Canvas, Times Consulting, Cinema Plus, Marklab, Adzone, Alibayov Kommunikasiya və Konsaltinq, Air Group, Oxus, Sereda Travel, Azex təşkilati dəstək göstərirlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə ilə SİYASİ NƏRD oyunu - LAYİHƏ

Millət vəkili büdcə müzakirələri zamanı seçicilərin bir sıra problemlərini qaldırıb

Görmə imkanları məhdud gənclərin "Könül dünyası" gecəsində

AXC-nin və Türk Qafqaz İslam Ordusunun Azərbaycana yardıma gəlməsinin 100-cü ildönümündə - KONFRANS

Millət vəkili İstanbulda "Ailə, dövlət və toplum"dan danışıb

“Gərək Nəsir bəy bu məsələdə məndən inciməsin”

"Sizin uğurunuza bütün cəmiyyətimiz sevinir"

“Mənə “müxalifət” deyilməsini qəbul eləmirəm” - MÜSAHİBƏ

Bakıda möhtəşəm Şimali Kipr günü

Şimali Kipr Türk Cümhuriyyətinin 35-ci ildönümü Bakıda qeyd olundu

Partiya lideri xalqı təbrik edib

Araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə "Uğurun açarı - Özgüvən"

Bütün növ pensiyalar artırılacaq

“Açıq qapı günü” və andiçmə mərasimi keçirilib

Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir