Komitə sədrindən Xalq şairinə YUBİLEY TƏBRİKİ
Bu gün Xalq şairi Nəriman Həsənzadənin 90 yaşı tamam olur.
Dünən bu münasibətlə ustad şairi evində ziyarət edən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva onu yubileyi münasibəti ilə təbrik edib, Mədəniyyət Komitəsi adından Təbrik Məktubu və üzərində "Qarabağ Azərbaycandır!" yazılı qol saatı təqdim edərək, ürək sözlərini bölüşüb:
“Hörmətli Nəriman müəllim, Sizi – görkəmli ziyalı, sevilən Xalq şairi və tanınmış alimimizi 90 illik yubileyiniz münasibəti ilə Mədəniyyət Komitəsi adından, şəxsən öz adımdan təbrik edir, möhkəm can sağlığı arzulayıram! Sizin şair, dramaturq şöhrətiniz geniş ictimaiyyətə, dünya azərbaycanlılarına, Qafqazlara, türk ölkələrinə, dünyadakı pərəstişkarlarınıza yaxşı məlumdur. Bununla yanaşı Siz, Millət vəkili (1990-1995), Mətbuat və İnformasiya nazirinin I müavini (1991-2001), filologiya, kulturologiya üzrə elmi əsərlərin müəllifi və Milli Aviasiya Akademiyasında kafedra müdiri olan alim-pedaqoq kimi də mötəbər özkeçmişə, ictimai-siyasi, elmi fəaliyyətə maliksiz. Siz Heydər Əliyev Mükafatı, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunmusuz. Sizi bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm! Yubileyiniz mübarək”!
Xalq şairi səmimi sözlər və təbrik üçün Komitə sədrinə təşəkkür edib, ədəbi xatirələrini bölüşüb, yaradıcılığındakı yeniliklərdən danışıb və yenicə gün üzü görmüş şeirlər kitabını bağışlayıb.
Qeyd edək ki, cənab Prezidentin dünən imzaladığı Sərəncamla Xalq şairi Nəriman Həsənzadə “İstiqlal” ordeninə layiq görülüb.
Ustad şairimizi “İstiqlal” ordeni ilə təltif olunması və 90 illik yubileyi münasibəti ilə bir daha təbrik edir, möhkəm can sağlığı diləyirik!
Pəri
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"