Qənirə Paşayeva Axıska Türklərinin "Vətən" İB-nin rəhbərliyi və şəhid ataları ilə görüşüb
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Axıska Türklərinin "Vətən" İctimai Birliyinin başqanı İsmayıl Rəhimov, Birliyin Şimal bölgə başqanı Səlimcan Rizmanov, Birliyin üzvləri olan şəhid ataları - Quba rayonunun Ağbil kənd sakini Mikayıl Bayraxtarov, Qusar rayonunun Ləgərqışlaq kənd sakini Novruz Şirinov, Şabran rayonunun Rəhimli kənd sakini Xalid Həmzəyev və Saatlı rayonunun Fətəlikənd kəndinin sakini Əlləz Dursunovla Milli Məclisdə görüşüb.
Versus.Az xəbər verir ki, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş Battal Bayraxtarov, Vüsal Şirinov, Musa Həmzəyev və Zeynalı Dursunov kimi oğullarla yalnız onların doğmalarının deyil, bütün Azərbaycanın, dünya azərbaycanlılarının fəxr etdiyini deyən Q.Paşayeva, əsgərlərin döyüş yolu və ailələrinin qayğıları ilə yaxından maraqlanıb.
Q.Paşayeva Axıska Türklərinin "Vətən" İctimai Birliyinin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində özünəməxsus rol oynadığını, şəhid ailələrinə, yaralı qazilərə diqqət-qayğı göstərdiyini məmnunluqla vurğulayıb, görüş iştirakçılarını işğalçı düşmən üzərində qələbə münasibətilə təbrik edib:
"Təbriki, təşəkkürü ən çox şəhid valideynlərimiz haqq edir. Biz şəhid ailələrimizə çox minnətdarıq! Şəhid əsgərlərimizin ruhu qarşısında dərin ehtiramla baş əyir, yaralı qazilərimizə tezliklə sağalmalarını diləyirik"!
Axıska Türklərinin "Vətən" İctimai Birliyinin başqanı İsmayıl Rəhimov görüş iştirakçıları adından Komitə sədrinə təşəkkür edib. Komitə sədri Q.Paşayeva görüşdə iştirak edən bütün qonaqlara xatirə hədiyyələri təqdim edib.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"