Soydaşlarımız Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar

14:27 25-02-2021 | icon 200 | Siyasət
Soydaşlarımız Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar

"Bu dəhşətli cinayətə səssiz qalmaq, göz yummaq yolverilməzdir və Avropa dəyərlərinə xəyanətdir"

 
 
 
Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Polşa Azərbaycanlıları Koordinasiya Şurası və Varşavada fəaliyyət göstərən Azərbaycan Evi ölkənin rəsmi qurumlarını Xocalı soyqırımını rəsmən tanımağa çağırıb.

 

Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

 

Azərbaycan Evinin rəhbəri Lalə Zeynalovanın imzası ilə Polşa seyminə (parlament), Xarici İşlər Nazirliyinə və siyasi-analitik mərkəzlərə ünvanlanan bəyanatda erməni hərbi birləşmələrinin 366-cı motoatıcı alayın hərbçilərinin köməyilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində mülki azərbaycanlılara qarşı xüsusi qəddarlıqla və barbarcasına törətdikləri kütləvi qırğın barədə ətraflı məlumat verilib. 

 

Qeyd edilib ki, bu dəhşətli cinayətə səssiz qalmaq, göz yummaq yolverilməzdir və Avropa dəyərlərinə xəyanətdir. Ruanda və keçmiş Yuqoslaviya ərazisində baş vermiş soyqırımların beynəlxalq ictimaiyyət tərəfindən tanınmasını xatırladan soydaşlarımız Xocalı soyqırımına da bu cür münasibətin nümayiş etdirilməsini, erməni cəlladlarının beynəlxalq hərbi tribunala cəlb olunmasını tələb ediblər.  

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür