“Xocalı irsi” adlı elektron TƏQDİMAT
AMEA Milli Azərbaycan Tarixi Muzeyi əməkdaşları və YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatı üzvləri Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə “Xocalı irsi (muzey materiallarına əsasən)” adlı elektron təqdimat hazırlayıblar.
Versus.Az xəbər verir ki, sözügedən təqdimatın tərtibatçılarından biri də böyük elmi işçi, PhD Aygün Məmmədovadır.
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarının (Arxeologiya elmi-fond şöbəsinin müdiri, t.ü.f.d.. dosent Nasir Quluzadə, “Numizmatika və epiqrafika” elmi-fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova, Etnoqrafiya Fondunun müdiri, t.ü.f.d. Sevinc Nəsirova, Vətən Müharibəsi Fondunun müdiri Şəfa Mövsümov və “Elmi kütləvi iş və təhsil” şöbəsinin baş mütəxəssisi Pərvanə Əzimovanın təklif və tərtibatı ilə hazırlanan slaydda Xocalı ərazisində aşkarlanmış arxeoloji, etnoqrafik və numizmatik tapıntılarla yanaşı, Vətən döyüşən, şəhid olan Xocalı sakinləri haqqında məlumatlar təqdim edilib.
Ayəndə Dadaşova
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"