"Ermənilər yeni terror təşkilatı yaratdı"

16:13 01-03-2021 | icon 67 | Dünya
"Ermənilər yeni terror təşkilatı yaratdı"

Ermənilər öz tarixi vərdişlərindən əl çəkməyərək onları qızışdıran, alət kimi istifadə edən qlobal güclərin dəstəyi ilə yeni silahlı terror təşkilatı yaradıb. “Voma” adlı terror təşkilatı hazırda fəaliyyətdədir və PKK-dan, “Asala”nın törəmələrindən ciddi dəstək alır.

 

Versus.Az xəbər verir ki, bu sözləri Türkiyədə fəaliyyət göstərən ASİMED (Əsassız Soyqırım İddialarına qarşı Mübarizə Dərnəyi) adlı təşkilatın rəhbəri, dosent Savaş Eğilməz deyib.

 

“Bu terror təşkilatı Qarabağdakı müharibədə də fəaliyyət göstərib”, - o əlavə edib.

 

S.Eğilməz bildirib ki, Ermənistanın tarixinə nəzər salanda onun daim terror fəaliyyətləri ilə anılan dövlət olduğu görünür.

 

“Son zamanlar da ermənilərin yaratdığı yeni terror təşkilatının Qarabağ savaşında fəaliyyətdə olduğunu görürürk. Bu terror təşkilatının adı “VoxjMnaluArvest”, yəni “sağ qalmaq uğrunda mübarizə” mənasını verən ermənicə sözlərin baş hərflərindən götürülüb, “Voma” adlanır. Ona erməni əsilli Rusiya vətəndaşı, 1965-ci ildə anadan olmuş kəşfiyyatçı Vova Vartanov başçılıq edir”, - o qeyd edib.

 

Eğilməz bildirib ki, Azərbaycan hüquq-mühafizə orqanları həmin terror təşkilatının Qarabağ savaşında xüsusən Xankəndi ətrafında ciddi fəaliyyət göstərdiyini təsbit edib. “Voma” üzvləri azərbaycanlı əsgərlərə və mülki şəxslərə hücumlar həyata keçirib.

 

“Bu terror təşkilatı yaşları 18-dən 55-ə qədər olan insanları muzdla öz sıralarında toplayır, Avropadan təşkilata qatılmaq istəyənlərin təyyarə biletləri də daxil olmaqla bütün xərcləri ödənilir. Bunları Ermənistanda toplayırlar və çox ciddi təlim keçirlər. Təlimə dağlıq şəraitdə sağ qalmağı bacarmaq, odlu silahlardan, bıçaqlardan istifadə, diversiya hücumlarının təşkili daxildir. Onlara təlim keçənlər istefada olan hərbçilərdir”,-Eğilmez deyib.

 

ASİMED başqanı ermənilərin bu fəaliyyətinin türk düşmənçiliyindəmn irəli gəldiyini deyir. Bildirir ki, gələcəkdə bu təşkilatın böyüyüb Türkiyəyə, Azərbaycana problem yaratmaması üçün indidən tədbir görmək lazımdır.

 

“Ermənilərə bunu deyirik: artıq özünüzü oyuncaq durumundan qurtarın. 100 ildir insanlar sizi istifadə edir. Türkiyə şərtləri içərisində, Türkiyənin müəyyən etdiyi şərtlər daxilində bizimlə dostluq olmasa da ittifaq qurmağın yollarını axtarın. Azərbaycanla ittifaq qurmağın yollarını axtarın. Əgər bunu etməsəniz sizi daha bir əsr istifadə edəcəklər və bu işdən tarixdə olduğu kimi, yenə ermənilər ziyanla çıxacaq”, -o bildirib. /virtualaz.org/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Nizami Gəncəvinin "Xəmsə"si işıq şousunun vasitəsi ilə CANLANDI

Azərbaycan tərəfindən xülasə SƏNƏD

Kral ailəsinin üzvləri eynicinsli nikaha girə biləcək

“Bu dövlət mütləq dəyişəcək”

Ən çox kitab oxuyan ÖLKƏLƏR

"...Ölümlərin sayı son bir ilin ən aşağı səviyyəsinə düşüb"

Evdə “Wi-Fi”ın sürətini artırmağın ÜSULU

Ənənəvi tədris DAYANDIRILDI

Velosipedçilərdən ibarət TOY KARVANI

Sərnişinlərin NƏZƏRİNƏ

“Bu, İrana dvident gətirə bilərdi”

Vətəndaşların pulunu mənimsəyən makler SAXLANILIB

Qanunsuz erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirildi

Dörd gün ardıcıl qeyri-iş günü olacaq