"Sizin kimi ailələrlə qürur duyuruq"
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Quba rayonunun Mirzəmməməd kənd sakini, Vətən Müharibəsinin şəhidi Miqdad Abduləlimovun anası Tünzalə Vaqif qızı Abduləlimova və atası Faiq Abduləlimovla görüşüb.
Versus.Az xəbər verir ki, millət vəkili ürək sözlərini bölüşüb:
"Əziz şəhid valideynləri,
Siz, Vətən uğrunda öz canını qurban vermiş mərd oğulun valideynlərisiz. İşğalçı düşmən üzərində qələbə münasibəti ilə sevinci, qüruru və təbriki ən çox Siz şəhid ailələri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid oğlunuz Miqdadın ruhu qarşısında dərin ehtiramla baş əyirik!
Miqdad 2019-cu ildə həqiqi hərbi xidmətə gedib, Vətən Müharibəsinin ilk günündən döyüşlərə cəlb olunub və qızğın döyüşlərin birində şəhadət mərtəbəsinə yüksəlib.
Miqdad Abduləlimov cənab Prezident tərəfindən “Vətən uğrunda" və “Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.
Miqdad kimi gənclərimizlə hər zaman qürur duyacağıq!
Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, vətəncanlı övlad böyütdüyünüz üçün təşəkkür edirik"!
Qəhrəman şəhidimizin ailəsinə komitə adından Təşəkkür Məktubu, Qarabağ mövzusunda rəsm əsəri və xatirə hədiyyələri təqdim edilib.
Görüşdə Millət vəkili Məşhur Məmmədov, RHİM İB sədri Arzu Bağırova iştirak edib və öz ürək sözlərini bölüşüblər.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Deputatlar bu barədə səhv fikirdədirlər"
"Özlərini göstərmək istəyirlər, amma gərək oyun çıxartmasınlar"