Zamanında qətiyyətli addımlar atan LİDER
Ramil Hüseynov: "15 İyun və Şuşa Bəyannaməsinin möhtəşəmliyi qürurvericidir"
"Azərbaycan tarixinin yaşadığı acı həqiqətlərə və reallıqlarına adevkat siyasət yürüdən, ölkəmizi böyük bəlalardan xilas etmək üçün qətiyyətli addımlar atan ümummili lider Heydər Əliyev zəkasının işığı bu gün onun doğum günün 100-cü ilində, Qurtuluş Günü kimi qeyd etdiyimiz 15 iyun tarixdə bir daha öyrənilir və yeni tarix yazılır".
Bunu Versus.az-a Milli Qurtuluş Günü ilə bağlı açıqlamasında Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəsinin rəhbəri Ramil Hüseynov bildirib.
R.Hüseynov Azərbaycan tarixinin dövlət və xalq olaraq bir neçə mərhələdə işğal, istilalarla yanaşı böyük qırğınlara, soyqırımlarına məruz qoyulduğunu və daim maraqlı qüvvələrin hədəfində qaldığını bir çox faktlarla önə çəkib. Mərkəzin rəhbəri eyni zamanda qeyd edib ki, dövlətlərin tarixi xronologiyasında strateji sarsılmalar, enmə, yuksəlişlə bağlı kifayət qədər ciddi faktlar göstərmək olar.
"Bizim vətənimizin, odlar diyarımızın başına çox oyunlar gətirilib. Milli dəyərlərimizin, dövlətçilik təfəkkurünün məhv edilməsi, tarixi şəxsiyyətlərimizin məqsədli şəkildə düşmən elan edilməsi və bu tip sarsıdıcı zərbələrin tarixin müəyyən dövrlərində zaman-zaman şahidi olmuşuq. Bu hadisələrin kimlər tərəfindən, hansı maraqlarla həyata keçirildiyi tarixi faktlarla araşdırılıb və təsbit olunub".
R.Hüseynov qeyd edib ki, ümummilli Heydər Əliyevin həyat təcrubəsi, siyasi bilikləri, dünyagörüşü keçdiyi böyuk siyasi yol onun bir lider kimi qüdrətini göstərirdi və məhz o, Azərbaycanı son torpaq itkilərindən, parçalanmadan qorudu.
"Ümummilli liderin 1993-cu il 9 iyunda Bakıya qayıdışı ilə ölkədə yaranmış xaos aradan götürüldü. Düşmənlərin dövlətimizə qarşı çirkin oyunlarını faş etdi. Azərbaycana yönəlik xain əllərin kəsilməsinə, millətimizin növbəti zərbələrdən qurtulmasına, nəhayətdə bu gün qudrətli bir dövlətin yaranmasına yönəlik siyasətin yol xəritəsini hazırladı. Budur, bu gün biz məğrur, güclü, prinsipial və qətiyətli addımlarımızla 15 iyun Milli Qurtuluş Günümüzün növbəti ilini qeyd edirik. Bu il həm də ümummilli lider Heydər Əliyev ilidir. Məhz bu gün həm də Şuşa Bəyannaməsinin 3-cü ilidir".
R.Hüseynov vurğulayıb ki, 2021-ci ildə Şuşa Bəyannaməsinin məhz bu tarixdə imzalanması təsadüfi deyil:
"Bu, Azərbaycanla Türkiyənin - iki qardaş ölkənin əvvəlki dövrlərdə imzadığı strateji müqavilələrin davamı olaraq tarixi zərurətdən doğan sənəddir. Bu sənəd həm də Qars müqaviləsinin 100 ilinə təsadüf edir. Görünən odur ki, 15 iyun tarixi, həm də Türk Birliyinin qüdrətlənməsini özündə ehtiva edən bir buketdir. Regionda dayanaqlı sülhün və sabitliyin möhkəmlənəsi və qarantisi üçün imzalanmış əlamətdar bir hadisədir. Əslində bu, region dövlətləri üçün vacib bir sənəddir. Bu sənəd bölgədə bu coğrafiyada həm iqtisadi, həm siyasi olaraq dondurulmuş layihələrin diplomatik qələbəsidir. Bu, regionda siyasi buzun əridilməsi üçün imzalanan çox ciddi bir strateji sənəddir. Eyni zamanda, ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi, mənəvi bağlarımıza, dəyərlərimizə pis niyyətlə uzanan əllərə cavab olan siyasi möhürdur".
R.Hüseynov bildirib ki, Türkiyə prezidentinin bu ərəfədə məhz Şuşa Bəyannaməsinin 3-cü ilində Azərbaycana səfəri dünyaya, dövlətimizə xor baxanlara bir mesajdır:
"Bununla bəyan edildi: -bilin, nəhayət anlayın ki, sizin tutduğunuz mövqe əbəsdir, bu perspektivi olmayan yanlış mövqedən daşının. Dost ölkələrə isə bizim qarşımıza qoyduğumuz məqsədlər açıqdır. Tək region üçün yox, dünyanın ədalətli kəsimi, sivil düşünənləri üçün vacib və əhəmiyyətlidir. Təbii ki, burda müttəfiqliyimizin əbədi olmasına, bölgədə yeni reallıqların yaranmasına, məlum səbəbdən iflic olmuş iqtisadi əlaqələrin yenidən sağlam formada həyata keçməsinə işarələr vardır".
LƏMAN
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"