On yaşlı oğlunu öldürdü

15:18 10-03-2021 | icon 565 | Dünya
On yaşlı oğlunu öldürdü

Türkiyənin Konya şəhərində ata azyaşlı oğlunu öldürüb.

 

DHA məlumat verir ki, 32 yaşlı İmayıl Kılınçer on yaşlı oğlu Hüseyn Kılınçeri yerə yıxaraq boğub. Daha sonra o evdən çıxaraq polisə zəng edib və bir nəfəri öldürdüyünü deyib.

 

Hadisə yerinə gələn hüquq-mühafizə əməkdaşları uşağın meyitini tapıblar.

 

Nəzarətə alınan, borcları olduğu qeyd edilən İ. Kılınçer ifadəsində iki həftə əvvəldən oğlunu öldürməyi planlaşdırdığını bildirib:

 

“Cinayəti iki həftədir planlaşdırırdım. Hadisədən əvvəl qəsdən arvadımı bazara göndərdim. Oğluma dedim ki, onu öldürəcəm. Ondan üzr istədim, qucaqlayıb öpdüm. Hüseyn də “atacan, üzr istəyirəm” deyib məni öpdü. Boğub öldürdüm”.

 

Kılınçer deyib ki, keçmişdə çox günah iş görüb və cəhənnəmə gedəcək. Oğlu da böyüdükcə günah edəcəkdi:

 

“İnsan nə qədər çox yaşasa, o qədər çox günah edir. Mən də oğlumun böyüdükcə günaha girib mənim kimi olmasını istəmədim. Günahsız ikən onu cənnətə göndərmək istədim”.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür