“Bu, beynəlxalq hüquqa, dini təlimlərə, etika və mənəviyyata ziddir”
Dünya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ədalətli, səmimi və qətiyyətli olmalıdır.
Versus.Az xəbər verir ki, bunu “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu zamanı ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri deyib. O bildirib ki, özgə torpaqlar işğal olunduğu müddətdə sülh və təhlükəsizliyə nail olmaq mümkün deyil:
“Bu, beynəlxalq hüquqa, dini təlimlərə, etika və mənəviyyata ziddir”.
Əl-Tüveycri əlavə edib ki, problemin həlli üçün beynəlxalq hüququ tətbiq etmək lazımdır:
“Dünya indi problemlərlə doludur – Fələstin, Dağlıq Qarabağ, Cəmmu və Kəşmir, Myanma. Çoxlu sayda insan əziyyət çəkir, amma dünya sadəcə bunu müşahidə edir və bir qədər kömək göstərir”.
Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"