XƏBƏRDARLIQ

10:16 09-04-2021 | icon 509 | Gündəm
XƏBƏRDARLIQ

"“Minanı görürük” demək sizi təhlükədən qorumayacaq, çünki..."

 

Azərbaycanın işğaldan azad edilmiş əraziləri uzun illər Ermənistan tərəfindən sistemli qaydada minalanıb. Düşmənin bu mənfur addımları Vətən müharibəsi dövründə daha da xaotik hal alıb. İnsanlar 30 illik həsrətə son verərək öz doğma ata-baba yurdlarını görməyə, dünyasını dəyişmiş əzizlərinin məzarlarını ziyarət etməyə tələsirlər. Bu isə, təəssüf ki, bədbəxt hadisələrlə nəticələnir. 

 

İnsanların işğaldan azad edilmiş ərazilərə qanunsuz keçmələrinin qarşısını almaq üçün ərazilərdəki mövcud vəziyyət barədə təsəvvür yaratmağa çalışırıq.

 

Bunun üçün isə işğaldan azad edilən əraziləri mina və partlamamış silah-sursatlardan təmizləyən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə əlaqə saxladıq. 

 

ANAMA-nın Əməliyyat İdarəsinin tədqiqat və təmizləmə şöbəsinin müdiri İdris İsmayılov mövzu ilə əlaqədar bildirib ki, vətəndaşların azad edilmiş ərazilərdəki mina təhlükəsinin səviyyəsini aydın şəkildə başa düşmələri üçün maarifləndirmə işlərinin aparılmasının önəmlidir:

 

“İnsanlar işğaldan azad olunan ərazilərə öz ata-baba yurdlarını görməyə və daha çox qəbiristanlıqları ziyarət etmək üçün keçməyə cəhd edirlər. Buna cəhd edən bir ailənin altı üzvü minaya düşmüşdür. Bu, çox böyük faciədir. Onlardan iki nəfər həlak oldu. Bu cür hallara Füzulidə, Ağdamda da rast gəlirik. Yaşayış evlərinin ətrafında, qəbiristanlıqların yaxınlıqlarında mina fraqmentləri var. 

 

Buna görə də yerli sakinləri həmin ərazilərə getməməyə çağırırıq. Öz sağlamlıqlarını qorumaq və bədbəxt hadisələrdən uzaq olmaq üçün işğaldan azad edilən ərazilərə getməyə cəhd etməsinlər. Yerli icra orqanlarının, rayon polis şöbələrinin, Daxili İşlər Nazirliyinin və komendantların qoyduğu qayda-qanunlara riayət etsinlər ki, mina və partlamamış silah-sursatların qurbanı olmasınlar”.

 

Vətəndaşların “minanı görürük”, “ehtiyatlı olarıq” kimi səsləndirdiyi fikirlərə cavab verən İ.İsmayılov bu və buna bənzər sözlərin insanları təhlükədən qoruya bilməyəcəyini deyib:

 

“Minalar torpaq səthindən 20 santimetr dərinlikdə basdırılır. Onlar sakit-səssiz öz şikarını gözləyir. Bunu insanlar ilkin baxışda görə bilməzlər. Ola bilər ki, bəzi ərazilərdə torpaq qatı getmiş, su ilə yuyulmuş ərazilərdə basdırılan minalar nisbətən üzdə olsun. Amma bu da insanları təhlükədən qorumur. Bir daha onları işğaldan azad olunmuş ərazilərə getməməyə səsləyirik”. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür