Türkdilli Ölkələrin Jurnalistlər Alyansı təsis edildi

19:37 13-04-2021 | icon 432 | KİV
Türkdilli Ölkələrin Jurnalistlər Alyansı təsis edildi

Süleyman İsmayılbəyli: "İctimai Birlikdə ölkənin tanınmış KİV nümayəndələri təmsil olunur"

 

Türkdilli ölkələr arasında media sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə yönəlik yeni ictimai birlik təsis olunub.

 

Versus.Az xəbər verir ki, bu barədə təşkilatın təsisçisi, Əməkdar Jurnalist Süleyman İsmayılbəyli məlumat verib.

 

O deyib:

"Türkdilli Ölkələrin Jurnalistlər Alyansı" İctimai Birliyi adlanan təşkilatı yaratmaqda məqsəd bu coğrafiyaya daxil olan ölkələr arasında media sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək, qarşılıqlı təcrübə mübadiləsi həyata keçirmək, eyni zamanda ayrı-ayrı ölkələrin media qurumlarında Azərbaycanın təbliği ilə bağlı məqalələr dərc etməkdir. Bununla yanaşı həm Türkiyə-Azərbaycan Media Platforması, həm də bu günlərdə Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında qəbul edilən qərarların icrasına dəstək olmağı düşünürük".

 

Süleyman İsmayılbəyli deyib ki, İctimai Birlikdə ölkənin tanınmış KİV-lərinin nümayəndələri təmsil olunur:

 

"Artıq başda Türkiyə olmaqla bir sıra türkdilli ölkələrin media qurumları, federasiya və jurnalist təşkilatları ilə ilkin danışıqlar aparılıb və gələcəkdə birgə qarşılıqlı əməkdaşlığa dair razılıq əldə olunub".

 

"Türkdilli Ölkələrin Jurnalistlər Alyansı" İctimai Birliyinin təsisçisi Süleyman İsmayılbəyli deyib ki, yaxın günlərdə müvafiq sənədlər dövlət qeydiyyatından keçmək üçün Ədliyyə Nazirliyinə təqdim ediləcək.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq