Ramazanda qapanma ola bilər - VİDEO

07:13 14-04-2021 | icon 728 | Gündəm
Ramazanda qapanma ola bilər - VİDEO

"Yoluxma sayı bu tendensiya ilə davam edərsə, Ramazanda müəyyən qapanmaların olması qaçılmazdır".

 

Bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında infeksionist Sadiqə Əliyeva deyib. 

 

O bildirib ki, qapanmalara gedilməməsi üçün vətəndaşlar karantin davranış qaydalarına əməl etməlidir:

 

“İftar süfrələrində toplaşmaların qarşısı alınmalıdır. Hər kəs müəyyən fədakarlıq edib, qaydalara əməl etsə, yoluxma sayında artım olmaz”.

 

S.Əliyeva yoluxma hallarının daha çox 30-39 yaşa aralığında qeydə alınması səbəbləri barədə də danışıb:

 

“İctimai yerlərdə və iaşə obyektlərində gənclərin daha çox olması səbəbindən onlar arasında virusa yoluxma halları üstünlük təşkil edir. Həm yoluxma, həm də ağırlaşma halları isə daha çox qadınlar arasında qeydə alınır. Bunun da səbəbi virusa yoluxan şəxslərin müəyyən qaydalara əməl edərək istirahət etməsi lazım olduğu halda gündəlik həyat tərzi ilə əlaqədar qadınlarda bu məhdudiyyətlərin olmasıdır. Bu səbəbdən onlar arasında ağırlaşmalar ola bilər”.

 

İnfeksionist son vaxtlar müşahidə edilən yoluxma sayındakı artımın vətəndaşların qaydalara əməl etməməsi ilə bağlı olduğunu bildirib:

 

“Yoluxma sayındakı artımda Britaniya ştammının və məhdudiyyətlərin ləğv edilməsinin müyyən dərəcədə rolu var. Lakin insanların özlərinin də müəyyən tədbirlərə riayət etməməsi səbəbindən bu artım baş verir”.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür