“Arsenal” məğlub oldu

07:29 30-04-2021 | icon 461 | İdman
“Arsenal” məğlub oldu

Bu gün UEFA Avropa Liqasının yarımfinal mərhələsinə start verilib.

 

Versus.Az xəbər verir ki, “Old Trafford”da “Mançester Yunayted” İtaliyanın avrokuboklarda yeganə təmsilçisi “Roma”nı qəbul edib.

 

Matçda geri düşən Premyer Liqa təmsilçisi oyunu öz xeyrinə çevirməyi bacarıb və rəqibini 6:2 hesabıyla darmadağın edib.

 

İspaniyanın “Estadio de la Seramika” stadionunda keçirilən “Vilyareal” – “Arsenal” matçında da ev sahibləri üstün olub. La Liqa klubu rəqibini 2:1 hesabıyla məğlub edib.

 

Qeyd edək ki, yarımfinalın cavab qarşılaşmaları mayın 6-da baş tutacaq.

 

Avropa Liqası

1/2 final (ilk görüşlər)

29 aprel

“Mançester Yunayted” (İngiltərə) – “Roma” (İtaliya) 6:2

Qollar: Fernandeş (9, 71 pen.), Kavani (48, 64), Poqba (75), Qrinvud (86) – Pelleqrini (15 pen.), Dzeko (34)

 

“Vilyareal” (İspaniya) – “Arsenal” (İngiltərə) 2:1

Qollar: Tiqeros (5), Albiol (29) –  Pepe (73 pen.)

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür