Ermənilər kütləvi şəkildə ölkəni tərk edirlər
2021-ci ilin ilk dörd ayında Ermənistandakı iki hava limanında (Zvartnots və Şirak) sərnişin axını 405 105 nəfər təşkil edib.
Versus.az xəbər verir ki, bu barədə “Zvartnots” beynəlxalq hava limanının mətbuat katibi Satenik Ovhannisyan bildirib. Onun sözlərinə görə, yanvar ayında sərnişin axını 64 296 nəfər olub (31 052 nəfər gəlib, 33 244 nəfər gedib).
2021-ci ilin mart ayında bu rəqəm 116 481 (42 283 nəfər gəlib, 74 198 nəfər ölkədən çıxıb), aprel ayında 134 130 (58 978 nəfər gəlib, 75 152-si gedib) nəfər təşkil edib.
Məlum olub ki, ilin əvvəlindən bəri 240 mindən çox Ermənistan vətəndaşı ölkəsini tərk edib.
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"