Qəhrəman oğlunun vəfatına ağlamayan qəhrəman ata

15:25 07-05-2021 | icon 1064 | Cəmiyyət
Qəhrəman oğlunun vəfatına ağlamayan qəhrəman ata

II Dünya müharibəsi dövründə Avropada antifaşist hərəkatının fəal iştirakçısı, Fransada partizan hərəkatının qəhrəmanı Əhmədiyyə Cəbrayılova həsr olunmuş tədbir keçirilib.

 

Versus.Az xəbər verir ki, mayın 6-da AMEA Milli Azərbaycan Tarixi Muzeyi və Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə II Dünya müharibəsi dövründə Avropada antifaşist hərəkatının fəal iştirakçısı, Fransada partizan hərəkatının qəhrəmanı Əhmədiyyə Mikayıl oğlu Cəbrayılova (1920–1994) həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılov, Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinin müşaviri Yeronin İqor Petroviç, Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri Zinnurov İrek Xaydaroviç, həmçinin tədbirə Moskva şəhərində yerləşən “Qələbə Muzeyi”nin elmi-metodik şöbəsinin müdiri, tarix elmləri doktoru Davıdov Stanislav Qennadyeviç (“Zoom” platforması ilə qoşulmuşdur), tədqiqatçılar və KİV nümayəndələri iştirak ediblər.

 

Tədbirdən öncə Əhmədiyyə Cəbrayılovun həyat və döyüş yolundan bəhs edən sərgiyə baxış keçirilib. Öncə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri Muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı açaraq, gələn qonaqları salamladı. N.Vəlixanlı qeyd etdi ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2020-cil əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin qeyd olunması barədə sərəncamına dair silsilə tədbirlər planı çərçivəsində keçirilir. İkinci Dünya müharibəsi dövründə partizan hərəkatında göstərdiyi misilsiz şücaətindən danışan akademik qeyd edib ki, Muzeyin fondlarında Ə.Cəbrayılova məxsus eksponatlar qorunur və nümayiş etdirilir.

 

İkinci Dünya müharibəsində azərbaycanlıların qəhrəmanlığından danışan Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinin müşaviri İqor Yeronin əfsanəvi partizan Əhmədiyyə Cəbrayılova həsr olunmuş tədbirlərin bütün dünyada təntənəli şəkildə qeyd edildiyini bildirib.

 

Tədbirdə “Zoom” platforması vasitəsilə iştirak edən Moskva şəhərində yerləşən “Qələbə Muzeyi”nin elmi-metodik şöbəsinin müdiri, tarix elmləri doktoru Stanislav Davıdov «Азербайджан и азербайджанцы в экспозиции «Подвиг народа» Центрального музея Великой Отечественной войны 1941–1945 гг» (“Böyük Vətən müharibəsi 1941-1945-ci illər” mərkəzi muzeyinin “Xalqların igidliyi” ekspozisiyasında Azərbaycan və azərbaycanlılar) mövzusunda çıxış etmişdir. Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d., dos., Səbuhi Əhmədov «Новые факты биографии Ахмедии Джабраилова в свете исследования материалов архива СГБ Азербайджана» ("Azərbaycan DTX arxivinin tədqiqi nəticəsində müəyyən olunmuş Əhmədiyə Cəbrayılovun bioqrafiyasının yeni faktları") mövsuzunda çıxış edərək, tədbir iştirakçılarının diqqətinə Əhmədiyə Cəbrayılovla bağlı yeni faktları çatdırmışdır.

 

Daha sonra Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılov Milli Azərbaycan Tarixi Muzeyi və Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbərliyinə tədbirin təşkili üçün təşəkkürünü bildirmiş, atası haqqında, atasının cəbhə yoldaşlarının onun qəhrəmanlıqları haqqında söylədikləri xatirələrdən danışıb.

Birinci Qarabağ müharibəsi zamanı oğlu, Azərbaycanın milli qəhrəmanı Mikayıl Cəbrayılovun ölümündən xəbər tutan atası ağlamadı - oğlunun torpağını qorumaqla öldüyünə görə qürur duydu. Cavanşir bəydən başqa tədbirə Əhmədiyyə Cəbrayılovun ən yaxın qohumları da dəvət edilmişdir.

 

Cavanşir Cəbrayılov Versus.Az-a açıqlamasında bildirib ki, atasının keçən il 100 yaşı tamam oldu, amma pandemiya səbəbiylə ildönümünü keçirmək mümkün olmayıb:

 

"Atamın həyatı fədakarlıq və qəhrəmanlıq rəmzi idi. Sadə bir aqronom idi, lakin İkinci Dünya Müharibəsi başlayan kimi qardaşları ilə bərabər müharibəyə yollandı. Cəbhəyə gəldikdə dərhal kəşfiyyatçı olmaq arzusuu bidirdi”. Atası ona konslagerə düşməyindən və oradan bir fransız qadını madam Jannanın köməkliyi ilə caını qurtarmağından çox danışardı. Əhmədiyyənin qaçmasını təşkil edərək, ona yeni bir ad da vermişdi - Əhməd Mişel. Sonralar atasının adı dəfələrlə dəyişdirildi: ona Cardo, sonra Matye Mişel, Kuraje Mişel, Armad Mişel, Xarqo və Rus Əhməd adını verdilər. Qəhrəmalıqlarına görə Ahmədiyə Cəbrayılov ən yüksək Fransız mükafatlarına - Hərbi Xaç, Könüllü Xidmət Xaçına, Fransız Hərbi Medalı və Fəxri Legion Ordeninə layiq görülmüşdür. Bu mükafatları ona şəxsən General Şarl de Qoll özü təqdim etmişdir”.

 

Cavanşir Cəbrayılov uzun illərdir ki, Şəkidə Əhmədiyyə Cəbrayılovun xatirə muzeyinin rəhbəridir. Orada onun qəhrəmanlığını təsdiqləyən 15 mindən çox eksponat təqdim olunur. Tarix Muzeyində atasının şərəfinə təşkil olunan bu tədbirdə təqdim etmək üçün bəzilərini Bakıya gətirib.

 

Almaz Cəbrayılova da atası haqqında bəzi xatirələrini bölüşüb. Atasından çox şey öyrənib Almaz:

 

"Təbiətcə çox məsuliyyətli, təvazökar idi, özünü tərifləməyi sevməzdi, amma müharibə barədə danışanda, dərhal gözləri yaşarardı. Ailədə yeddi uşaq idik - üç oğlan, dörd qız. Ata bizi, qızları daha çox sevirdi. Xatırlayıram ki, 90-cı illərdə Şarl de Qollun 100 illiyi münasibəti ilə bir tədbirdə iştirak etmək üçün Fransaya getmişdi və o zaman Azərbaycanda ilk Qarabağ müharibəsi gedirdi. Qardaşım, Milli Qəhrəman Mikayıl Cəbrayılov cəbhədə idi. Atam sanki oğlunun ölümünü hiss edirmiş deyə, vətənə vaxtından əvvəl qayıtmışdı. Elə həmin gün qardaşımın qara xəbəri gəldi, Bu xəbəri eşidən atam, ağlamadı. Buna görə ondan çox incimişdim. Ancaq oğlunun torpağı uğrunda qəhrəman kimi həlak olduğu üçün fəxr edirdi”.

 

Bu gün Əhməddiyyə Cəbrayılovun övladları atası haqqında həqiqətləri ictimaiyyətə çatdırmaq üçün əllərindən gələni edirlər.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür