Mingəçevirdə siqaret üstündə kütləvi DAVA

10:49 20-05-2021 | icon 496 | Hadisə
Mingəçevirdə siqaret üstündə kütləvi DAVA

Mingəçevirdə siqaret üstündə qətl törədilib.

 

Versus.Az xəbər verir ki, şəhərin Aydın Məmmədov küçəsi 11 ünvanda üç nəfər arasında dava düşüb.

 

Nəticədə 1960-cı il təvəllüdlü Rizvan Məmmədov və onun dayısı, 1955-ci il təvəllüdlü Eldar Abbasov döyülüb. Ağır xəsarətlər alan hər iki şəxs xəstəxanaya çatdırılsa da, onlardan Eldar Abbasovun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətdən xəstəxanada ölüb.

Bildirilib ki, Şəki rayon sakini Rəşad Salamov küçədə dayı və bacıoğluna yaxınlaşaraq, onlardan siqaret istəyib. Onlar həmin şəxsə bir ədəd siqaret veriblər. Lakin o, bütöv qutunu tələb edib. Nəticədə onların arasında mübahisə düşüb.

 

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. /apa/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Güləşçimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya QAZANDI

Xətai rayonunda evlər plana düşdü

Hərbçilərimizin Türkiyədəki TƏLİMLƏRİ

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər